Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Rəhman Hacıyev: Qarabağ Dirçəliş Fondu fəaliyyətini Prezidentin müəyyən etdiyi prioritetlərə uyğun olaraq həyata keçirir

Rəhman Hacıyev: Qarabağ Dirçəliş Fondu fəaliyyətini Prezidentin müəyyən etdiyi prioritetlərə uyğun olaraq həyata keçirir
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyevin
AZƏRTAC-a məxsusi müsahibəsi

Bakı, 3 noyabr, Səlim Rəhimzadə, AZƏRTAC

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Fondun bir neçə gün əvvəl dərc edilən maliyyə hesabatları, Fonda edilən ianələr və Qarabağda aparılan bərpa və yenidənqurma işlərində qurumun iştirakı ilə bağlı AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

-Rəhman müəllim, bir neçə gün əvvəl dərc edilən hesabatlarda əks olunduğu kimi, Fond kifayət qədər böyük həcmdə ianələrin cəlb edilməsinə nail ola bilib. Bu ianələrin hansı hissəsi şirkətlərin, fiziki şəxslərin və ya dövlət qurumlarının üzərinə düşür?

-Sualınıza cavab verməzdən əvvəl qeyd etmək istərdim ki, “PwC Azərbaycan” şirkəti bir neçə ay davam edən audit nəticəsində Fond tərəfindən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun hazırlanan maliyyə hesabatlarına dair rəyini təqdim edib.

Həmin hesabatlar 2021-ci il 31 dekabr tarixinə maliyyə vəziyyəti haqqında hesabat, başa çatmış il üzrə mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabat, kapitalda dəyişikliklər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat və əsas uçot siyasəti və digər izahedici məlumatlar daxil olmaqla, maliyyə hesabatları üzrə qeydləri əhatə edib.

“PwC Azərbaycan” şirkətinin rəyinə əsasən, maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından Qarabağ Dirçəliş Fondunun 2021-ci il 31 dekabr tarixinə maliyyə vəziyyətini və həmin tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq düzgün əks etdirir.

Sualınıza gəldikdə isə qeyd etmək istərdim ki, QDF yarandığı gündən etibarən indiyədək bir çox şirkətlər, iri sahibkarlar, minlərlə fiziki şəxslər və bəzi dövlət qurumları Fonda müxtəlif məbləğlərdə ianə edib. Bu, əlbəttə ki, xalqımızın həmrəyliyinin birbaşa təzahürüdür.

İanə məbləğlərinə gəlincə isə, 2021-ci il 31 dekabr tarixinə toplam ianə məbləği 892 milyon 206 min 306 AZN təşkil edib.

İanə olunan məbləğin, 889 milyon 781 min 34 AZN-i (99.73 faiz) şirkətlər və iri sahibkarların, 296 min 264 AZN-i (0.03 faiz) fiziki şəxslərin, 2 milyon 129 min 8 AZN-i (0.24 faiz) isə dövlət qurumlarının üzərinə düşür.

Bununla bağlı daha ətraflı məlumatı aşağıdakı keçiddə əldə etmək olar:

https://qdf.gov.az/ianechiler/

Rəqəmlərdən gördüyünüz kimi, ianələrin ən böyük payı şirkətlər və iri sahibkarlara düşür. Lakin fiziki şəxslərin etdikləri ianələrin həcmi çox olmasa da, sayca məhz bu ianəçilər əksəriyyət təşkil edir. Hazırda artıq minlərlə fiziki şəxs Qarabağ Dirçəliş Fondunun ianəçiləridir və bu tendensiya artmaqdadır.

Əminəm ki, məbləğindən asılı olmayaraq, hər bir ianə çox vacibdir və Qarabağın bərpasında böyük rol oynayacaq.

-Dövlət qurumlarının ianə etdiklərini dediniz. Dövlət qurumları bunu hansı formada həyata keçirib? Burada büdcədən ayrılan vəsait və ya əməkdaşların əməkhaqlarından tutulmalar nəzərdə tutulur?

-Bu, olduqca maraqlı və vacib sualdır.

İlk növbədə, qeyd olunmalıdır ki, hazırda Qarabağ Dirçəliş Fonduna Prezident İlham Əliyevin Fərmanına uyğun olaraq ayrılan nizamnamə kapitalından başqa hər hansı büdcə vəsaiti ayrılmayıb.

Həmin nizamnamə kapitalı 1 milyon manata bərabərdir və hər hansı əməliyyatlar üçün istifadə olunmur. Fond bütün xərclərini investisiya fəaliyyətindən əldə olunan mənfəət hesabına ödəyir.

O ki qaldı dövlət qurumları tərəfindən Fonda edilən ianələrə, bizdə olan məlumata görə, ianələr daha çox büdcədən kənar mənbələr hesabına edilib. Məsələn, bir neçə dövlət qurumu ianəni həmkarlar ittifaqlarında toplanan vəsait hesabına həyata keçirib.

Əlbəttə ki, dövlət qurumlarında çalışan vətəndaşlarımıza ianə ilə bağlı hər hansı qadağa qoyula bilməz, amma bizim üçün ən vacib prinsip ianələrin könüllü əsaslarla edilməsidir. Hər hansı əməkhaqlarından məcburi tutulmalar qəbulolunmazdır.

-Hüquqi və fiziki şəxslər Fonda ianə etdiyi təqdirdə, onlar üçün hər hansı güzəştlər mövcuddurmu?

-Bəli, müəyyən güzəştlər tətbiq olunmaqdadır. 2021-ci ildə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdən biri də məhz fondlara dəstək verən şirkətlərə güzəştlərin müəyyən edilməsi ilə bağlı idi.

Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, mənfəət vergisi ödəyiciləri hesabat dövrü ərzində ictimai və sosial məqsədlər üçün yaradılan fondlara köçürülən vəsaitlərin (ianələrin) həmin dövr üzrə vergi məqsədləri üçün mənfəətinin 10 faizinədək hissəsi mənfəət vergisindən azad edilir.

Fondlara ianə formasında köçürülən həmin məbləğlər 2021-ci il 1 yanvar tarixindən 8 il müddətinə mənfəət vergisindən azad edilir.

Lakin qeyd olunmalıdır ki, həmin azadolma paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslərə şamil edilmir.

-Fondun yaydığı məlumatda investisiya fəaliyyəti nəticəsində əldə edilən mənfəətdən bəhs edilir. Mənfəət dedikdə nəyi nəzərdə tutursunuz? Ümumiyyətlə, Fond hansı formalarda mənfəət əldə edə bilər?

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 yanvar tarixli 1253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi”nin 5.2-ci bəndinə görə, Fondun əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşa bilər.

Yaradıldığı tarixdən etibarən əlavə dəyər yaratmaq məqsədilə Fond ianə hesabına formalaşan sərbəst vəsaitlərini Azərbaycan Respublikası Maliyyə Nazirliyinin risksiz uzun və qısamüddətli dövlət istiqrazlarına yerləşdirməkdədir.

Qeyd olunmalıdır ki, hazırda Fondun fəaliyyətinin maliyyələşdirilməsi (həyata keçirilən layihələr və əməliyyat xərcləri daxil olmaqla) məhz bu investisiyalardan əldə edilən mənfəət hesabına həyata keçirilir.

“PwC Azərbaycan” şirkəti tərəfindən təsdiqlənən hesabatlarda qeyd olunduğu kimi, 2021-ci il 31 dekabr tarixinə 314 milyon 676 min 929 AZN məbləğində sərbəst vəsaitimiz Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət istiqrazlarına yerləşdirilib və həmin tarixə investisiya fəaliyyətindən 9 milyon 198 min 829 AZN maliyyə gəliri əldə edilib.

Növbəti illərdə bu gəlir daha da artacaq. Bu isə Fondun fəaliyyətinin səmərəliliyinin və imkanlarının getdikcə artması deməkdir.

-Əldə olunan mənfəətdən dövlətə vergi ödənilirmi? Yoxsa hər hansı xüsusi imtiyazlar mövcuddur?

-Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Fonda köçürülən ianələr vergidən azaddır, lakin investisiya fəaliyyətindən əldə edilən mənfəət üzrə vergilər ödənilir.

Qeyd olunmalıdır ki, Qarabağ Dirçəliş Fondu investisiya fəaliyyətindən əldə olunan mənfəətdən dövlət büdcəsinə 1 milyon 728 min 715 AZN mənfəət vergisi ödəyib.

-Fondun maliyyə hesabatında toplanan ianə, əldə olunan vəsaitlə yanaşı maliyyə aktivləri üzrə “dəyərsizləşmə zərəri” ilə bağlı məlumat var. Bu məbləği itki adlandırmaq olarmı və ya hansı səbəbdən göstərilən məbləğ zərər olaraq qeyd olunub?

-Xeyr, hər hansı real itkidən söhbət gedə bilməz. Qeyd olunan dəyərsizləşmə “MHBS”nin 9 nömrəli beynəlxalq standartına uyğun olaraq vəsaitlər saxlanılan bankların reytinqi əsasında hesablanır və yalnız maliyyə hesabatında əks olunur.

Reallıqda isə bu hər hansı əməliyyat zərəri deyil və vəsaitin məxarici ilə də nəticələnmir. Qeyd olunan vəsait hazırda fondun bank hesablarındadır.

-Fond artıq bir ildən artıqdır ki, fəaliyyət göstərir. Hazırda hansı bərpa və yenidənqurma işlərinə dəstək göstərilir?

-İlk olaraq qeyd olunmalıdır ki, Fondun fəaliyyətinin hazırkı mərhələsində əsas prioritet məhz vəsaitlərin cəlb olunmasına verilir.

Buna baxmayaraq, əlbəttə ki, artıq bir neçə obyektin bərpası və yenidən qurulması istiqamətində görülən işlərə maliyyə dəstəyi göstərilir. Fürsətdən istifadə edərək layihələrin bir neçəsi barədə məlumatı da qeyd etmək istərdim.

Məsələn, Heydər Əliyev Fondunun təşəbbüsü ilə dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim və ictimai xadim, müasir Azərbaycanın peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin bürüncdən hazırlanan və Şuşa şəhərində ucaldılan heykəlinin yenidən yaradılması layihəsi Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi hesabına ərsəyə gəlib.

Heydər Əliyev Fondunun təşəbbüsü və Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə hazırda həyata keçirilən layihələr sırasında “Şuşa şəhərində yerləşən Yaradıcılıq Mərkəzinin binasının bərpası və yenidən qurulması”, “Şuşa şəhərində yerləşən Xalça sərgisi binasının bərpası və yenidən qurulması” layihələri də yer alır.

Qarabağ Dirçəliş Fondu olaraq ictimaiyyət arasında həmrəyliyi gücləndirən, xalqımız üçün xüsusi əhəmiyyət kəsb edən Qarabağda tarixi irsimizin, mədəni simvolların bərpası istiqamətdə Heydər Əliyev Fondu ilə sıx əməkdaşlıq etməkdəyik və böyük məmnunluq hissi ilə görülən işləri dəstəkləməyə hər zaman hazırıq.

Hər birimizə məlumdur ki, Heydər Əliyev Fondu fəaliyyətə başladığı gündən ölkəmizdə müxtəlif tarixi, dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti, eyni zamanda Azərbaycanın mədəni irsinin təbliğinə verdiyi töhfələrlə örnəkdir.

Eyni zamanda, QDF və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşəbbüsü ilə Zəngilan rayonunun ərazisində meşə massivinin bərpa olunması layihəsi davam etməkdədir.

Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə Mədəniyyət Nazirliyinin sifarişi əsasında İmarət kompleksinin bərpa konsepsiyası hazırlanmaqdadır.

Bundan başqa, Fondun maliyyə dəstəyi ilə Dövlət Turizm Agentliyinin sifarişi əsasında Şahbulaq qalası ətrafında turizm infrastrukturunun yaradılmasının konsepsiyası da hazırlanacaq.

Xüsusən qeyd olunmalıdır ki, Qarabağ Dirçəliş Fondunun sifarişi ilə Füzuli şəhərində Mərkəzi Parkın yaradılması layihəsi də hazırda icradadır.

Bu və digər layihələrimiz haqqında daha ətraflı məlumatı yaxın gələcəkdə ictimaiyyətimizə təqdim edəcəyik.

-Maraqlıdır, xaricdə yaşayan həmvətənlərimiz və xarici ölkə vətəndaşları da Fonda ianələr edirlərmi?

-Bəli, xaricdə yaşayan soydaşlarımız da bərpa və quruculuq prosesinə töhfə vermək məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə edirlər. Amma bu faiz nisbəti hələ ki çox deyil. Ancaq bir məsələni qeyd etməliyəm ki, indiyədək kommunikasiyamızın əsas istiqamət və hədəfi daxili auditoriya idi.

Hazırda isə xaricdə yaşayan həmvətənlərimiz və ümumiyyətlə, beynəlxalq təşkilatlarla da əlaqələrin qurulması məsələsi gündəmdədir.

Qeyd olunmalıdır ki, bir müddət öncə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Qarabağ Dirçəliş Fondu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Memorandumda erməni işğalı nəticəsində Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən mədəni irsə, təbii sərvətlər və bioloji müxtəlifliyə vurulan zərər haqqında dünya ictimaiyyətinin məlumatlandırılması, xaricdə yaşayan azərbaycanlılar, diaspor təşkilatları və digər xalqların nümayəndələri tərəfindən Qarabağda həyata keçirilən bərpa işlərinin dəstəklənməsi məqsədilə ianələrin edilməsi, eyni zamanda dövlət-özəl tərəfdaşlığının təşviq edilməsi məsələləri öz əksini tapıb.

-Bəs beynəlxalq institutlarla əməkdaşlıq istiqamətində hansı işləri həyata keçirmək planlaşdırılır?

-İlk növbədə, qeyd etmək istərdim ki, Qarabağa vurulan ziyanın həcmini yalnız Birinci və İkinci Dünya müharibələrindən sonra Avropa ölkələrinə dəymiş ziyanla müqayisə etmək olar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə qeyd etdiyi kimi, adətən belə qanlı müharibələrdən, belə dağıntılardan sonra donor konfransları keçirilir, beynəlxalq təşkilatlar yığışır və bərpa planı icra edilir.

İkinci Dünya müharibəsinin tarixçəsinə nəzər salsaq, “Marşal planı”nın qəbulunu və tətbiqini görə bilərik.

Dövlətimizin başçısının qeyd etdiyi kimi, əgər Amerika Avropanı bərpa etmək üçün bu planı tətbiq etməsəydi, Avropa öz gücünə öz potensialını bəlkə də 50 ilə bərpa edə bilərdi.

Bizə isə heç kim heç bir yardım göstərmir, nə işğal dövründə, nə də sonra. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz azad edilmiş torpaqları yüz faiz öz gücümüzə bərpa edirik.

Bu isə dünyada hələ ki hökm sürən ikili standartların təzahürüdür.

Lakin bu, o demək deyil ki, biz bu vəziyyətlə razılaşmalıyıq. Beynəlxalq təşkilatlar, böyük fondlar, xeyriyyəçiliklə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatları ilə müvafiq əlaqələr qurulmalıdır ki, onların diqqəti Qarabağın dirçəlişi məsələsinə cəlb olunsun.

Prezident İlham Əliyevin bir az əvvəl qeyd etdiyim nitqində də bununla bağlı konkret istiqamət göstərilib. Bu səbəbdən, Qarabağ Dirçəliş Fondu fəaliyyətini Prezident İlham Əliyevin müəyyən etdiyi prioritetlərə uyğun olaraq həyata keçirir.

Əlbəttə, beynəlxalq institutlarla əməkdaşlığın qurulması üçün Fondun fəaliyyətinin şəffaflıq prinsipləri əsasında qurulması çox vacibdir. Biz bunu anlayırıq və məhz bu səbəbdən də kənar auditin məhz dünyanın aparıcı audit şirkətlərinin biri tərəfindən keçirilməsini seçdik.

Əminəm ki, Fondun şəffaflıq və müasir korporativ idarəetmə prinsipləri əsasında fəaliyyət göstərməsi beynəlxalq institutlarla əməkdaşlığımızın qurulmasına böyük töhfə verəcək.

-Yaxın gələcək üçün Fondun fəaliyyətinin prioritet istiqamətləri kimi hansı məsələlər müəyyən olunub?

-Fondun Müşahidə Şurası tərəfindən təsdiq olunan “2022-2025-ci illər üzrə strateji istiqamətlər” adlı sənəddə fəaliyyətimizin prioritet istiqamətləri öz əksini tapıb.

İlk növbədə, qeyd olunmalıdır ki, işğaldan azad edilmiş ərazilərin, o cümlədən Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən mədəni irsin bərpası və yenidən qurulması prosesinə maliyyə dəstəyinin göstərilməsi, işğaldan azad edilən ərazilərdə məcburi köçkünlərin və yeni sakinlərin dayanıqlı məskunlaşmasının təmin edilməsi, o cümlədən erməni işğalı nəticəsində Qarabağın ekologiyasına dəyən zərərin aradan qaldırılması və Qarabağın investisiya və işgüzar potensialının təşviqi Fondun əsas prioritet istiqamətləri arasında yer alır.

Bundan başqa, Fond cəmiyyətin inkişafına öz töhfəsini vermək niyyətindədir. Bu səbəbdən, yerli və beynəlxalq tədqiqatçıların diqqətini işğaldan azad olunmuş ərazilərin gələcək imkanlarının təhlilinə cəlb etmək məqsədi daşıyan tədqiqatların stimullaşdırılması, burada məskunlaşan həmvətənlərimizin bacarıq və biliklərinin inkişaf etdirilməsini hədəfləyən layihələrə də önəm veriləcək.

Bundan əlavə, fəaliyyətini mütərəqqi idarəetmə əsasında quran Fond işğaldan azad edilmiş ərazilər və bütövlükdə Azərbaycan dövləti üçün uzunmüddətli və davamlı əlavə dəyər yaradaraq, cəmiyyətimizə müsbət təsir göstərmək üçün nümunəvi və məsuliyyətli investor olmağa və investisiya imkanlarından bəhrələnməyə çalışacaq.

Bu istiqamətlərlə bağlı daha ətraflı məlumatı aşağıda göstərilən keçiddə əldə etmək mümkündür:

https://qdf.gov.az/prioritetler/

Yekunda bir daha qeyd etmək istərdim ki, Qarabağın dirçəlişi xalqımızın qarşısında duran mühüm vəzifələrdən biridir və qarşımızda duran məqsədlərə çatmaq üçün biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməliyik.

Əminəm ki, yalnız birlikdə biz bu gözəl bölgəni daha da gözəl bərpa edəcəyik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasıyası müsbət dinamika ilə inkişaf edir"

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub VİDEO

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub VİDEO

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov