İQTİSADİYYAT


Rəhman Rəsulzadə: yeniyetmə və gənclərdə elm və texnologiyaya maraq oyatmaq əsas məqsədimizdir

Bakı, 28 oktyabr AZƏRTAC

Robotexnikanın real imkanlarını nümayiş etdirməklə yeniyetmə və gənclərdə elm və texnikaya maraq oyatmaq əsas məqsədimizdir. Bu gün maraqlı mübarizə şəraitində keçən yarışlarda iştirakçılar potensiallarını nümayiş etdirdilər.

Bu sözləri AZƏRTAC-a Bakıda keçirilən “İnnovasiyalar həftəsi” çərçivəsində təşkil edilən “Baku Open Cyber Cup” turnirdə Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının təsisçisi Rəhman Rəsulzadə deyib.

“Ölkəmizdə texnologiya sahəsində son illər bir sıra böyük tədbirlər keçirilir. Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası olaraq gənclərin elmi yaradıcılıq potensialını artırmaq üçün robotexnika mühəndislik proqramlarını həyata keçiririk. Bunların arasında Dünya Robot Olimpiadasını xüsusi qeyd edərdim. Hər il Azərbaycanda bununla bağlı seçmə yarışlar keçirilir və fərqlənənlərin Dünya Robot Olimpiadasında iştirakı təmin edilir”, - deyə R.Rəsulzadə bildirib.

Qeyd edib ki, robofutbola marağın getdikcə yüksəlməsi gənclərimizin artan potensialını göstərir: “Robofutbol idman növü olan futbolun və İKT proqramlaşdırmanın bir sintezidir. Gənclərimiz burada ənənəvi futbol, eyni zamanda, robofutbol proqramlaşdırma qaydalarını inteqrasiya edərək ortaya avtonom, yəni kənardan idarə olunmayan robotlar çıxarırlar və onları yarışdırırlar. Sevindirici haldır ki, uşaq və yeniyetmələr arasında bu oyuna maraq getdikcə artır. Şübhəsiz, bütün bunlar ölkəmizdə texnologiyaların inkişafı üçün yaradılmış şəraitin nəticəsidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.