CƏMİYYƏT


Reinteqrasiya Mərkəzinin təşkilatçılığı ilə “İkinci nəfəs” layihəsinə start verilib

Bakı, 4 dekabr, AZƏRTAC

Azərbaycan Uşaqları İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı- Reinteqrasiya Mərkəzinin təşkilatçılığı ilə "İkinci nəfəs" layihəsinə start verilib.

AZƏRTAC xəbər verir ki, layihənin məqsədi uşaqların yaradıcılıq və əl qabiliyyətlərinin inkişaf etdirilməsi ilə yanaşı, insanlara hər hansı bir əşyanı atmaq əvəzinə onlardan yeni, yararlı əşyalar düzəldilə biləcəyini göstərməkdir.

Layihə çərçivəsində uşaqlar istifadəyə yararsız olan materiallardan əl işləri – maketlər, Azərbaycanın milli oyuncaqları və digər əşyalar hazırlayıb onu nümayiş etdirirlər. Uşaqların Şuşanın işğaldan azad olunması münasibətilə hazırladıqları Şuşa şəhərinin maketi, eləcə də, Xudafərin körpüsü və Konstitusiya Gününə özəl hazırladıqları Azərbaycan Respublikasının Konstitusiyasının maketləri böyük marağa səbəb olub. Zəriflikləri ilə göz oxşayan bu əl işləri uşaqlara öz bacarıqlarını daha da inkişaf etdirməyə böyük imkanlar yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.