MƏDƏNİYYƏT


Rejissor Kristofer Nolanın “Oppenheimer” filminin treyleri yayımlanıb

Bakı, 28 iyul, AZƏRTAC

Aktyor heyəti ilə kino dünyasının ən çox gözlənilən filmlərindən sayılan “Oppenheimer” filminin treyleri yayımlanıb

AZƏRTAC xəbər verir ki, filmin treyleri “Universal Pictures” kino şirkətinin rəsmi yutub kanalında canlı göstərilib.

Filmin kompozisiyaları “Oskar” mükafatçısı Lüdviq Göransson tərəfindən bəstələnib. Ötən ilin yanvar ayında Nyu-Meksikoda çəkilişlərinə başlanan filmin istehsal prosesi ümumilikdə 4 ay çəkib və may ayında tamamlanıb. Treylerdə Oppenheimerin həyat yoldaşı Ketrin (Emili Blant) “Dünya dəyişir. Bu sizin anınızdır” dediyi eşidilir.

Qeyd edək ki, film 2023-cü ilin iyulun 21-də nümayiş olunacaq.

Ekran əsəri ABŞ-da atom bombasının “atası” hesab edilən Robert Oppenheymerin həyatına və onun İkinci Dünya müharibəsi illərində ilk nüvə silahının yaradılması məqsədilə həyata keçirilmiş Manhetten layihəsindəki roluna fokuslanır. Məşhur simaların rol aldığı filmdə Robert Oppenheymer obrazını irlandiyalı aktyor Killian Merfi canlandıracaq.

Filmin aktyor heyətində Robert Dauni Jr, Mett Deymon, Emili Blant, Florensiya Pyu, Rami Malek, Benny Safdi, Koş Hartnett, Kennet Branagh, Cek Quayd, Qeri Oldman yer alır.

Robert Dauni Jr dövrün digər mühüm personajı, ABŞ-ın nüvə enerjisi siyasətində əsas fiqur kimi tanınan Lyuis Ştrausa həyat verəcək.

Amerikalı aktyor Mett Damon isə filmdə Manhetten layihəsinin direktoru General Lesli Qroves rolunu canlandıracaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.