Rejissor Maykl Mann “Heat” filminin ikinci hissəsini ekranlaşdıracaq
AzerTAg.az
Bakı, 6 iyul, AZƏRTAC
Dünyaşöhrətli rejissor Maykl Mannın rejissoru olduğu 1995-ci ildə ekranlaşdırılmış “Heat” filminin davamı çəkiləcək.
AZƏRTAC xəbər verir ki, rejissor yazdığı romanı filmin davamı kimi ekranlaşdırmaq qərarına gəldiyini açıqlayıb və bunun möhtəşəm bir film olacağını vurğulayıb.
Film bir vaxtlar Çikaqo polisi olan Çak Adamsonun, 1960-cı illərdə təqib etdiyi Nil Makkoli adlı cinayətkarı tutmaq cəhdlərindən bəhs edir. Filmdə təkcə cinayətkarların deyil, onların arxasınca qaçan polislərin də həyatı dramatikləşir.
Xatırladaq ki, 60 milyon dollar büdcə ilə çəkilən film ABŞ-də 67 milyon, dünya üzrə isə 187 milyon dollar gəlir əldə edib və müsbət rəylər alıb. Los-Anceles küçələrində çəkilmiş münaqişə səhnələri ilə dövrün ən yaxşı filmi kimi təsvir edilib.

Xəbərin mətnində orfoqrafik səhv var