MƏDƏNİYYƏT
Rejissor Rauf Məmmədov: Hər azərbaycanlının arxasında böyük mədəniyyət durur
Bakı, 21 noyabr, AZƏRTAC
Rusiyada yaşamağıma baxmayaraq, İkinci Bakı Beynəlxalq İdman Filmləri Festivalın Azərbaycanı təmsil edirəm. Bu festivalda iştirakıma yaradılan şəraitə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığımı bildirirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində İkinci Bakı Beynəlxalq İdman Filmləri Festivalının əsas mükafatı olan Qran-prinin sahibi - Moskvada yaşayan rejissor Rauf Məmmədov deyib.
Bildirib ki, hər dəfə Bakıya gələndə həyəcan hiss edirəm. Siz burada yaşayırsınız, işin içindəsiniz, bəlkə də hiss eləmirsiniz ki, Bakı necə gözəldir, necə gözəl insanlar burada yaşayır. “Qalib” filminə görə festivalın əsas mükafatını almaqdan qürur duyuram. Rusiyada azərbaycanlı uşaqlarımız çoxdur. Mən həmişə onlara deyirəm ki, hər azərbaycanlının arxasında böyük mədəniyyət durur. Biz özümüzü elə təqdim eləməliyik ki, hamı böyük mədəniyyətə malik bir xalqın övladları olduğumuzu anlasın.