İQTİSADİYYAT


Reklam qanunvericiliyi ilə bağlı seminar keçirilib

Bakı, 3 oktyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nəqliyyat vasitələrində reklam yerləşdirən sahibkarların, müəssisə və təşkilatların maarifləndirilməsi məqsədilə seminar keçirib.

Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları Baş Dövlət Yol Polisi İdarəsi, “Azərbaycan Hava Yolları” QSC, “Bakı Metropoliteni” QSC və Bakı Nəqliyyat Agentliyinin nümayəndələri tərəfindən aidiyyəti üzrə reklam qanunvericiliyinin tələbləri barədə məlumatlandırılıblar.

Seminarda nəqliyyat vasitələrində reklam yerləşdirən sahibkarların hüquq və öhdəlikləri, haqsız rəqabət və reklam qanunvericiliklərinin tələbləri, eləcə də bu sahədə görülmüş işlər barədə ətraflı məlumat verilib, təkliflər dinlənilib və tədbir iştirakçılarının sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.