İQTİSADİYYAT
Reklam xarakterli SMS-lərin göndərilməsi məhdudlaşdırılacaq
Mobil rabitə abunəçilərinə əvvəlcədən razılaşdırılmadan müxtəlif məzmunlu reklam xarakterli SMS-lərin göndərilməsi məsələsi məcburi qaydada həll ediləcək. Bunun üçün abunəçilər xidmətləri göstərən operatora müraciət etməlidirlər. Əgər mobil operator şikayəti təmin edə bilmirsə, biz tənzimləyici sənəd hazırlamışıq.
AZƏRTAC xəbər verir ki, bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov məlumat verib. Nazir deyib ki, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsinə dair təkliflər hazırlanıb. Belə ki, mobil telekommunikasiya şəbəkəsi üzərindən reklam və əyləncə xarakterli SMS-lərin abunəçilərə kütləvi və avtomatik olaraq göndərilməsinin yalnız onların ilkin razılığı alındığı halda həyata keçirilməsi təklif olunub.