ELM VƏ TƏHSİL


Rektor AzTU-nun qocaman professor-müəllim heyəti ilə görüşüb

Rektor AzTU-nun qocaman professor-müəllim heyəti ilə görüşüb

Bakı, 18 mart, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Novruz bayramı münasibətilə bu ali təhsil müəssisəsinin qocaman professor-müəllim heyəti ilə görüşüb.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, rektor müəllimləri Novruz bayramı münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. Bildirib ki, AzTU-da həyata keçirilən layihələrdə qocaman professor-müəllim heyətinin fikir və təklifləri dinlənilir. Mühəndis kadrların hazırlanması ilə bağlı onların məsləhətlərinə hər zaman böyük önəm verilir.

AzTU Həmkarlar İttifaqı Komitəsinin təşkil etdiyi görüşdə universitetin hədəfləri və qarşıda görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.