Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Rektor Ceyhun Məmmədov: Məqsədimiz dərin dini və dünyəvi biliklərə malik kadrların hazırlanmasıdır

Bakı, 7 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin 2018–ci il 9 fevral tarixli Sərəncamına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

–Ceyhun müəllim, Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının 1 ili tamam olur. Bu müddət ərzində görülən işlər barədə məlumat verməyinizi xahiş edirik.

- İnstitutun yaradılmasında məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etməkdir.

Azərbaycan İlahiyyat İnstitutunun qarşısında duran əsas vəzifə dərin dini və dünyəvi biliklərə, zəngin dünyagörüşünə və yüksək intellektə malik kadrların hazırlanmasıdır.

Xüsusi olaraq vurğulamaq istəyirəm ki, Azərbaycanda nümunəvi dövlət-din münasibətləri mövcuddur. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Aİİ-nin yaradılması da dövlətimizin başçısının dinə, mənəvi dəyərlərə qayğısının ən böyük göstəricilərindən biridir. Bu müdrik qərara və din sahəsinə göstərdiyi yüksək qayğı və diqqətə görə, bütün ilahiyyatçılar adından ölkə başçısına dərin təşəkkürümü bildirirəm.

Qısa zaman kəsiyində institutun formalaşması istiqamətində zəruri işlər görülüb, ali təhsil müəssisəsi tədris ilinə hazırlıq səviyyəsinə gətirilib. İnstitutun dinşünaslıq və islamşünaslıq ixtisasları üzrə təhsil standartları Təhsil Nazirliyinə təqdim edilib və müsbət rəy alınıb.

İnstitutda bir fakültə və 3 kafedra fəaliyyət göstərir. Həmçinin magistratura səviyyəsi üzrə beş ixtisasın tədris və işçi tədris planları yenidən işlənib. Tədrisin şəffaflığını təmin etmək məqsədilə Aİİ rəhbərliyi yanında İctimai Şura yaradılıb.

Qeyd etmək istərdim ki, tələbələrimiz dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunub. İnstitutda təhsil tam ödənişsizdir. Tələbələrin təhsillərini yüksək səviyyədə davam etdirmələri üçün lazımi şərait yaradılıb. Təhsilalanlara dərslik, yemək və geyim pulsuzdur. Mənəvi Dəyərlərin Təbliği Fondu maddi cəhətdən imkansız tələbələrimizə təqaüd ayırıb.

Bir il ərzində institutda maarifləndirmə istiqamətində 99 tədbir keçirilib. Bu sırada müxtəlif mövzularda 39 seminar və dəyirmi masanı, ölkədəki əlamətdar hadisələrlə bağlı 6 tədbiri, tələbələrin fərdi inkişafı, intellektual səviyyəsinin və mənəvi dünyasının zənginləşdirilməsi məqsədilə 6 təlimi, beynəlxalq günlərə həsr olunmuş 8 tədbiri, elm xadimləri ilə 2, “Səfir saatı” layihəsi çərçivəsində 4 səfirlə görüşü, Heydər Əliyev İrsini Araşdırma Mərkəzi, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası ilə birgə layihə çərçivəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə 12 diskussiyanı, xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığın yaradılması məqsədilə 14, mətbuatın iştirakı ilə 5 görüşü, tələbələrin və əməkdaşların iştirakı ilə 3 səfəri qeyd etmək olar. Bu siyahını davam etdirmək mümkündür.

- İnstitut Azərbaycanın müxtəlif bölgələrinə səfərlər təşkil edir. Bu səfərlərin məqsədi nədən ibarətdir?

- Azərbaycan İlahiyyat İnstitutu tələbələrdə vətənpərvərlik ruhunun, dövlətə sevginin gücləndirilməsi, gənc nəslin milli ruhda yetişməsi, torpağa bağlılıq istiqamətlərində maarifləndirici tədbirlər həyata keçirir. Məsələn, institutun əməkdaşları və tələbələri ilə birlikdə ötən il Dövlət Bayrağı Günü münasibətilə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Çocuq Mərcanlı kəndinə getdik. İnstitutun heyəti Çocuq Mərcanlı kəndində Şuşanın Gövhər Ağa məscidinin bənzəri olan məscidlə də tanış oldu. Kənddə yeni tikilmiş məktəbə institut tərəfindən dərs ləvazimatları, kitablar və bir sıra zəruri avadanlıq hədiyyə edildi. Bu səfərdə bir daha şahidi olduq ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili, xarici və ordu quruculuğu siyasəti nəticəsində Çocuq Mərcanlı kəndi qısa müddətdə yenidən qurulub, bütün infrastruktura malik abad qəsəbəyə çevrilib.

İnstitutun əməkdaşları və tələbələri ötən il dekabrın 29-da Qəbələ rayonunun Nic qəsəbəsinə səfər ediblər. Qeyd edim ki, Azərbaycanda tolerantlığın və dinlərarası dialoqun əsasları ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən olunub və bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nic qəsəbəsi dünyada udilərin yığcam yaşadığı yeganə məkandır və qəsəbə Azərbaycan tolerantlığının kiçik modeli hesab edilir.

- Yeri gəlmişkən, bu yaxınlarda Şamaxı rayonunda təşkil etdiyiniz “Qış məktəbi” layihəsində məqsəd nədir?

- “Qış məktəbi”nin təşkilində əsas məqsəd gələcəyin islamşünas və dinşünaslarının dövlətimizin bu sahəyə qayğısı ilə əyani tanış olmalarını təmin etmək, biliklərini artırmaq, dünyagörüşünü zənginləşdirmək, həmçinin tariximizi öyrənmək, ermənilərin Şamaxıda törətdikləri soyqırımının izlərini yerində görmək, tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsi, onların layiqli vətəndaş olaraq yetişməsinə kömək etmək idi. “Qış məktəbi”nin təşkili tələbələrin ölkəmizdə mövcud multikultural, tolerant mühitin canlı şahidi olmaları baxımından xüsusi əhəmiyyət daşıyır.

İnstitutun yanvarın 31-dən fevralın 2-dək təşkil etdiyi “Qış məktəbi”ndə tanınmış alim və mütəxəssislər müxtəlif mövzularda mühazirələr söylədilər. Həmçinin tələbələrimiz səfər çərçivəsində Şamaxının tarixi və ənənələri haqqında ətraflı məlumat əldə etdilər.

– “Qış məktəbi”ndən gözlənilən nəticələr özünü doğrultdumu?

– “Qış məktəbi” çərçivəsində tələbələrin həm elmi, həm də praktiki biliklərinin artırılması istiqamətində bir sıra tədbirlər keçirildiyini nəzərə alsaq, bu layihənin uğurlu olduğunu söyləyə bilərik. Belə ki, ümummilli lider Heydər Əliyevin Şamaxı rayonunda ucaldılan abidəsini ziyarət, Prezident İlham Əliyevin göstərişi ilə bərpa edilən, yaşı əsrlərlə ölçülən “Dəmirçi məscidi” və Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan, Qafqazın ən qədim məscidi olan Şamaxı Cümə məscidi ilə tanışlıq, Avaxıl kəndində yerləşən Pir Ömər türbəsini və “Yeddi günbəz” türbələr kompleksini ziyarət, həmçinin Astrofizika Rəsədxanasına ekskursiya təşkil olundu. Aİİ-nin tələbələri böyük şair Mirzə Ələkbər Sabirin qəbrini də ziyarət etdilər.

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin idarə heyətinin sədri Fariz Xəlillinin “Şirvanın maddi-mədəni irsi”, Aİİ-nin dillər və ictimai fənlər kafedrasının müdiri İlkin Əlimuradovun “Azərbaycanlı İslam alimləri”, mənim keçirdiyim “Azərbaycan multikulturalizmi: reallıqlar və perspektivlər” mövzularında seminar-məruzələr, həmçinin biznes məsləhətçisi Fəxri Ağayevin “Şəxsi inkişafda mütaliənin rolu” və “Şəxsi inkişaf və karyera” haqqında təlimləri, tələbələrin asudə vaxtının səmərəli təşkili üçün film nümayişi və kitab mütaliəsi uğurla təşkil olundu.

– Birillik fəaliyyətinizdə xarici əlaqələrə, təhsil müəssisələri ilə əməkdaşlığa da önəm vermişiniz...

- Azərbaycan İlahiyyat İnstitutu fəaliyyətini inkişaf etdirmək məqsədilə xarici təhsil müəssisələri ilə əlaqələr yaradır. Keçən il noyabrın 21-23-də Rusiyanın Perm vilayətində keçirilən “Miqrantların adaptasiya problemi və ekstremist ideologiyalara qarşı mübarizə” mövzusunda konfrans çərçivəsində Moskva İslam İnstitutunun və Permdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin rəhbərləri ilə görüşümüz oldu. Biz uzunmüddətli əməkdaşlıq, tədris prosesində əldə olunmuş nailiyyətlərin tətbiqi, mədəni əlaqələrin qurulması və möhkəmləndirilməsi barədə fikir mübadiləsi apardıq. Moskva İslam İnstitutu ilə əldə edilmiş razılığa əsasən növbəti aylarda bu təhsil müəssisəsi ilə əməkdaşlıq əlaqələrinin qurulması və təcrübə mübadiləsinin aparılması məqsədilə Aİİ-nin nümayəndə heyətinin Rusiya Federasiyasına səfəri nəzərdə tutulur.

İnstitutun nümayəndə heyəti keçən ilin dekabr ayında Türkiyədə olub, İstanbul, Mərmərə, 29 Mayıs və Ankara universitetləri, Türkiyə Dəyanət İşləri Başqanlığı, Türkiyə Dəyanət Vəqfi, İslam Araşdrımaları Mərkəzi, İslam Tarix, Sənət və Mədəniyyət Araşdırma Mərkəzi başda olmaqla müxtəlif universitet, təhsil müəssisəsi və digər qurumlarla görüşlər keçirilib, əməkdaşlığa dair protokollar imzalanıb. Xatırladım ki, bu il yanvarın 30-da Azərbaycan İlahiyyat İnstitutunun və Türkiyənin Kırıkkale Universitetinin birgə təşkilatçılığı ilə Bakıda “Azərbaycan və Türkiyədə din təhsili: reallıqlar və perspektivlər” mövzusunda elmi konfrans keçirildi. Həmçinin Kırıkkale Universiteti ilə İlahiyyat İnstitutu arasında əməkdaşlıq protokolu imzalandı. Gələcəkdə Avropa, Amerika və Şərq ölkələrinin müxtəlif elmi və elmi-tədqiqat müəssisələri ilə də əməkdaşlıq qurulması nəzərdə tutulub.

– İnstitutunuzun nəşrləri haqqında məlumat verməyinizi xahiş edirik.

– İnstitutun fəaliyyət sahələrindən biri də nəşrlərdir. Nəşrlərlə bağlı ilk hədəfimiz yeni dərsliklərin hazırlanmasıdır. Müvafiq layihə çərçivəsində tədris ilinin başlanğıcında lazım olan dərsliklər hazırlanaraq tələbələrə paylanıb. Növbəti tədris ilində də bu işlər davam etdiriləcək. İnstitutda elmi məqalələrin nəşri üçün “Din araşdırmaları” jurnalı təsis edilib və onun ilk sayı çapdan çıxıb. Burada bir çox alimin ilahiyyat, fəlsəfə, psixologiya, sosiologiya və digər elmlərə dair məqalələri yer alıb. Jurnalın redaksiya heyətinin üzvləri Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, İran və İsveçrənin təhsil müəssisələrində çalışan nüfuzlu alimlərdir. Jurnalın nəşr qaydaları Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) elmi jurnallar qarşısında qoyduğu tələblərə uyğun hazırlanıb. Jurnalın Beynəlxalq Standart Qeydiyyat Nömrəsi (ISSN) mövcuddur. Nəşrin yaxın gələcəkdə beynəlxalq indekslərə daxil edilməsi nəzərdə tutulur. Bundan əlavə, institutun fəaliyyətinin işıqlandırılması üçün “İlahiyyatçı” qəzeti nəşrə başlayıb. İldə dörd dəfə nəşri nəzərdə tutulan “İlahiyyat” ictimai fikir jurnalı da yaxın gələcəkdə işıq üzü görəcək. Aİİ-nin strukturu və fəaliyyəti ilə bağlı əsasnamələr, qaydalar və məlumatlar toplusu nəşr olunub, institutun kataloqu və broşürü artıq çapdan çıxmaq üzrədir. Aİİ-nin müasir tələblərə cavab verən genişhəcmli internet-saytının hazırlanmasına başlanılıb və yaxın vaxtlarda saytın istifadəyə verilməsi planlaşdırılır.

- Müsahibə üçün təşəkkür edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

Ali qonağın şərəfinə dövlət ziyafəti YENİLƏNƏCƏK

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

“Qarabağ” Abdullah Zubirin Fransa klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Mütəxəssis: Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub VİDEO

İşğaldan azad edilmiş ərazilərdə tələ tipli partlayıcı qurğularla bağlı yeni görüntülər VİDEO

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib

İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində maraqlıdır

Milli Aviasiya Akademiyasında Beynəlxalq Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib

Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb

Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək

AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb

Zəngilanın Ağalı kəndində uşağa qayğı ilə bağlı valideynlər üçün tədbir təşkil olunub

Prezident Sadır Japarov: Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir

ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib

Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub

İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib

Peter Siyarto Azərbaycana səfərə yola düşüb

Prezidentin xüsusi nümayəndəsi: Əsas səylərimiz 24 kənd, 3 şəhər və 5 yaşayış məntəqəsinin qurulmasına yönəldilib

Bəzi dağlıq və dağətəyi rayonların magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb

Washington Post: ATACMS döyüş meydanında vəziyyəti Ukraynanın xeyrinə dəyişə bilər

Prezident İlham Əliyev: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq