Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Rektor Ceyhun Məmmədov: Qafqazın ən yaxşı ali təhsil müəssisəsi olmağı qarşımıza məqsəd qoymuşuq

Rektor Ceyhun Məmmədov: Qafqazın ən yaxşı ali təhsil müəssisəsi olmağı qarşımıza məqsəd qoymuşuq

Bakı, 28 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin 2018–ci il 9 fevral tarixli Sərəncamına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

–Ceyhun müəllim, artıq tədris ilinin qış imtahan sessiyasına az qalır. Görülən işlər, tələbələrin fəallığı sizi qane edirmi? Hansı yeniliklər gözlənilir?

-Bəli, bildiyiniz kimi, Prezident İlham Əliyevin 2018–ci il 9 fevral tarixli Sərəncamına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Azərbaycan İlahiyyat İnstitutunun sentyabrın 17-də açılışı olub. Qısa vaxt ərzində institutun formalaşması istiqamətində zəruri tədbirlər həyata keçirilib, tədris ilinə hazırlıq görülüb. Artıq institutda 2018-2019-cu tədris ilinin birinci yarımili yekunlaşıb. Beynəlxalq standartlara uyğun və dövlətin perspektiv tələbləri əsasında təhsilin səviyyəsini təmin etməyə çalışırıq və düşünürəm ki, biz buna qismən də olsa, nail olmuşuq. Tədris prosesində iştirak edən müəllimlər yüksək səviyyədə təhsil almış alimlər, mütəxəssislərdir.

İnstitut yeni yaradıldığı üçün ilk tədris ilində keçid balı minimum 150 bal götürülüb. Lakin orta ballara nəzər salsaq, görərik ki, islamşünaslıq ixtisası üzrə ən aşağı bal göstəricisi 177, dinşünaslıq üzrə isə 217-dir. Tələbələrlə vaxtaşırı ünsiyyət qururuq, problemləri ilə yaxından maraqlanırıq, onlara dəstək olmağa çalışırıq. Yüksək səviyyəyə, dünyagörüşünə malik ziyalılar yetişdirmək üçün bir çox layihələr həyata keçirir, diskussiyalar, yarışlar, konfranslar, təlimlər təşkil edirik. İşimizdə dünya və qonşu ölkələrin təcrübəsindən bəhrələnirik. İstəyirik ki, tələbələrimiz - gələcəyin ilahiyyatçıları savadlı, kamil mütəxəssislər olmaqla yanaşı, həm də səlis nitq qabiliyyətinə malik natiqlər olsunlar. Buna görə də onların öz seminarlarını təşkil edirik. Tələbələrin, valideynlərin və ictimaiyyətin münasibətini nəzərə alıb deyə bilərəm ki, bu, çox yaxşı effekt verir. Bəli, məhz din xadimi həm də çox yaxşı natiq olmalıdır.

-Yeni yaradılmış ali təhsil ocağında, təbii ki, maarifləndirməyə ehtiyac var. Bu sahədə nə kimi işlər görürsünüz?

-İlk vaxtlar bir qədər çətinliklərimiz oldu. Amma şükür Allaha, bu gün işimizi zamanın tələbləri səviyyəsində qura bilmişik. İnstitutumuzda maarifləndirmə mövzusunda tez-tez seminarlar keçirilir. Buraya müvafiq sahə üzrə alimlər, filosoflar, ilahiyyatçılar dəvət olunur, çıxış edir, tələbələri maraqlandıran sualları cavablandırırlar. Bizim beynəlxalq günlərə, ölkə əhəmiyyətli tarixi hadisələrin ildönümlərinə həsr edilən görüşlərimiz olur. Müxtəlif layihələr həyata keçiririk. Bunlardan ən mühümü ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş layihəmizdir ki, onu Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə bu günlərdə sona çatdırdıq. İnstitutumuzda səfirlərlə keçirilən “Səfir saatı”, tələbələrimizin “Tələbə seminarları” layihələrini, ölkəmizin tanınmış simaları ilə görüşləri, təlim və konfransları davam etdirəcəyik.

-Uğurlu şüar seçmisiniz - “Yüksək təhsilin yeni ünvanı!”. Tələbələrə yüksək səviyyədə təhsil vermək üçün nələr edirsiniz?

-Azərbaycan dünyəvi dövlət olduğu üçün burada tədris də dünyəvi mahiyyətdədir. Biz ənənəvi üsullarla yanaşı, dövrün tələblərinə uyğun daha müasir metodlarla tələbələrə dərs deməyə səy göstəririk. Məqsədimiz yüksəkixtisaslı ilahiyyatçı kadrlar yetişdirməkdir. Dinə elmi yanaşırıq və onu elmi əsaslarla, dünya təcrübəsinə uyğun tətbiq edirik. Biz burada din fəlsəfəsi, dinin psixologiyası, sosiologiyası, müqəddəs mətnlər, hind-Çin dinləri, xristianlıq, yəhudilik, müqəddəs kitabların müqayisəli təhlili kimi geniş səpkidə tədrisi həyata keçiririk. İnstitutu bitirən tələbələrin gələcəkdə xarici ölkələrdə təhsillərini müxtəlif istiqamətlərdə davam etdirmələri, xarici dil biliklərini təkmilləşdirmələri nəzərdə tutulur. Xarici dilləri yüksək səviyyədə bilən ilahiyyatçılara da ehtiyacımız var ki, onlar bizi müxtəlif ölkələrdə layiqincə təmsil etsinlər.

-Xüsusi istedadı ilə seçilən, sabahına inamla baxdığınız fərqli tələbələriniz varmı?

-Bəli, çox gözəl nəsillə maraqlı bir tədris həyatı yaşayırıq. Tərbiyəli, oxumağa böyük həvəs göstərən gənclərimiz var. Onların potensialını ortaya çıxarmaq üçün həvəsləndirici üsullara əl atırıq. Əvvəllər utanıb auditoriya qarşısında danışa bilməyən tələbələrimiz bu gün respublika tədbirlərinin iştirakçısı olur, institutumuzu layiqincə təmsil edirlər. Konfranslarda, seminarlarda cəsarətli çıxışları ilə ilklərə imza atırlar. Xüsusi istedadı olan yaradıcı gənclərimiz də var. Belə gənclərə meydan vermək, onları həvəsləndirmək üçün müsabiqə elan etmişik. Qalibləri pulla, dilini öyrəndiyi ölkəyə birhəftəlik səyahət və digər hədiyyələrlə mükafatlandıracağıq.

-Sadaladıqlarınızın hər biri vətənpərvərlik nümunəsidir. Bəs hərbi vətənpərvərlik tərbiyəsini necə aparırsınız?

-Hərbi vətənpərvərlik tərbiyəsini bütün tədbirlərimizdə, dərslərdə, gündəlik təlim-tərbiyə prosesində aparırıq. Torpaqlarımızın 20 faizi işğal altındadır və şəxsən mən o ağrı-acını dadanlardan biriyəm. Doğulduğum kənd düşmən tapdağı altındadır. Dövlət Bayrağı Gününü işğaldan azad edilmiş Cocuq Mərcanlıda keçirdik. Tələbələrimiz gördülər ki, düşməndən 700 metr məsafədə həyat necə qaynayır, Azərbaycan Prezidentinin təkcə bu kəndin abadlığı üçün verdiyi altı Sərəncam necə icra olunur. Çoxları bunu televizorda görmüş, radiodan eşitmiş, KİV-lərdə oxumuşlar. Amma Qarabağın bu bölgəsindən qayıdandan sonra gənclərimizdə düşmənə qəzəb, nifrət, ondan qisas almaq hissinin necə gücləndiyinin şəxsən şahidi oldum. Ali Baş Komandanımız əmr etsə, hamımız döyüşə hazırıq, - dedilər. Qürurvericidir, deyilmi?

-Bəli, əlbəttə! Fəaliyyət proqramınızda xaricə səfərlər də yer alıb. Rusiya və Türkiyədə işgüzar görüşləriniz olub. Əməkdaşlıq protokolları imzalanıb. Bu, özünü hansı formada göstərəcək?

-Bu il noyabrın 21-dən 23-dək Rusiyanın Perm vilayətində konfransda oldum. Konfrans çərçivəsində buradakı ali məktəblərin və Moskva İslam Universitetinin nümayəndələri ilə görüşdüm. Bu görüşlərdə əməkdaşlıq haqqında müzakirələr aparıldı. Yaxın zamanda protokolları imzalamaq üçün Rusiya Federasiyasına səfərimiz olacaq. Dekabrın 16-dan 22-dək Türkiyənin iki şəhərində - Ankara və İstanbulda işgüzar səfərdə olduq. Artıq Mərmərə, 29 Mayıs və Ankara universitetləri ilə əməkdaşlıq protokolları imzalanıb. Yaxın günlərdə İstanbul Universiteti ilə də müvafiq memorandumun imzalanması nəzərdə tutulur. Bu protokollara əsasən, hər iki ali təhsil müəssisəsi qarşılıqlı olaraq müəllim-tələbə mübadiləsi həyata keçirə biləcək. Bu universitetlərin professor-müəllim heyəti bizim institutda dərs deyəcək, tələbələrimizlə görüşəcəklər. Biz dünya təcrübəsini öyrənərək, Qafqazın ən yaxşı ali təhsil müəssisəsi olmağı qarşımıza məqsəd qoymuşuq. Fikirləşirik ki, birlikdə beynəlxalq konfranslar keçirək, sanballı kadrlar yetişdirmək naminə əlimizdən gələni edək. Sivilizasiyaların qovuşduğu məkanda tolerantlığı ilə tanınan Azərbaycan üçün tolerant ilahiyyatçılar nəsli yetişdirək.

-Geniş və məzmunlu müsahibəyə görə çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisənin fəaliyyətə başlaması nəzərdə tutulub

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO VİDEO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub