ELM VƏ TƏHSİL


Rektor Elmar Qasımov: Trampın Bayden haqqında dedikləri özünü doğrultdu

Bakı, 26 aprel, AZƏRTAC

ABŞ Prezidenti Cozef Bayden 1915-ci il hadisələrinin ildönümü ilə bağlı açıqlamasında "soyqırımı" ifadəsini işlətməklə 1981-ci ildəki açıqlamasında eyni sözü işlədən Ronald Reyqandan bəri "soyqırımı" ifadəsini istifadə edən ilk ABŞ prezidenti oldu.

AZƏRTAC xəbər verir ki, bunu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov deyib. O bildirib ki, iki il əvvəl ABŞ Konqresinin hər iki qanadı, 1915-ci ildəki hadisələri "soyqırımı" olaraq tanıyan qətnamələr qəbul etmişdi. İndiyədək həm Demokrat, həm də Respublikaçı Prezidentlər Türkiyə ilə əlaqələri korlamamaq üçün bu mövzuda daim açıq mövqe tutmaqdan çəkiniblər. Görünən odur ki, Bayden fərqli və yanlış bir istiqamət seçib. Təəssüflə qeyd etməliyəm ki, Bayden seçki kampaniyası dövründə də “erməni soyqırımı”nı tanıyacağını vəd etmişdi. Bu addımı yalnız siyasi dividentlərə hesablanan böhtan kimi səciyyələndirmək mümkündür.

Yaxın keçmişə nəzər salsaq görərik ki, ABŞ rəhbərliyi Bill Klintonun dövründən etibarən 24 aprel tarixində anım açıqlaması ilə çıxış edir. Barak Obama və Donald Tramp da daxil olmaqla, prezidentlər öz bəyanatlarında indiyədək "böyük fəlakət" sözündən istifadə ediblər. Tarixi təhrif edən bu iddialar 1905-1920-ci illərdə amansızcasına qətlə yetirilən, sözün həqiqi mənasında soyqırımına uğrayan milyonlarca türkün qətliamına qarşı göz yummaqdır.

"Soyqırımı" məsələsində ABŞ-ın mövqeyi ənənəvi olaraq geosiyasət kontekstində olub. İndiyədək Vaşinqton NATO-da mühüm partnyoru olan Türkiyə ilə bu məsələyə görə münasibətləri korlamasa da, Bayden siyasi karyerasının növbəti ədalətsiz qərarlarından birini verdi. Baxmayaraq ki, Cozef Bayden vəzifəyə gəldikdən sonra Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanla ilk dəfə olaraq telefon danışığı reallaşdırıb. O, Ərdoğan kimi güclü iradəyə, siyasi təfəkkürə malik liderlə eyni siyasi arenada yan-yana gəlmək gücünə malik olmasa da, arxalandığı erməni lobbisinə jest olsun deyə Amerika kimi ölkənin maraqlarını, tarixi həqiqətləri heçə sayaraq böyük bir yanlışa yol verdi.

Donald Tramp Baydeni “zehinsiz” adlandırarkən Ərdoğan kimi ağıllı, dünya miqyasında liderlə rəqabətə girə bilməyəcəyinin də mesajını vermişdir. Bayden cəfəngiyatına ən tutarlı cavab heç şübhəsiz ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi : “Əgər Türkiyə “soyqırımı” etmiş olsa idi, geridə buna etiraz edə biləcək bir erməni qalmazdı!” sitatı idi.

Bəli, türk ordusunun şücaəti, rəşadəti qərinələrdən bəri dillərə dastan, düşmənə gözdağıdır. Amma bu da, bir danılmaz faktdır ki, türk əsgəri tarixboyu nahaq qan tökməyib", - deyə rektor bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.