ELM VƏ TƏHSİL


Rektor “Erasmus+” mübadilə proqramının məzunları ilə görüşüb

Bakı, 26 sentyabr, AZƏRTAC

Danimarkanın Kopenhagen Universitet Kolleci (UCC) ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) arasında “Erasmus+” proqramı çərçivəsində tələbə-müəllim heyəti mobilliyini həyata keçirmək məqsədilə bağlanmış müqavilə uğurla yerinə yetirilir.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, sentyabrın 26-da rektor profressor Cəfər Cəfərov 2021/2022-ci tədris ilinin yaz semestri (5 ay) ərzində “Erasmus+ KA1” mübadilə proqramı xətti ilə Danimarkanın UCC Universitetində mübadilə proqramında iştirak edən sosial iş ixtisasının builki məzunu Elmir Abbasov, ibtidai sinif müəllimliyi ixtisasının ingilis bölməsi üzrə IV kurs tələbəsi Səbinə Tağıyeva, korreksiyaedici təlim ixtisasının III tədris ili tələbələri Yamən Əliyeva və Hamed Noroozi ilə görüş keçirib.

Görüşdə qeyd olunub ki, ADPU-nun xarici universitetlərlə əlaqələri genişləndirilir və bu proqramlardan yararlanan müəllim və tələbə heyəti ölkəmizin təhsil həyatına yeni töhfələr verəcək.

Proqramda iştirak edən tələbələr də öz təəssüratlarını bölüşərək qazandıqları təcrübələrdən bəhs edib, universitetdə və təhsil sistemimizdə müsbət dəyişikliklərdə yaxından iştirak etmək üçün biliklərini əsirgəməyəcəklərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.