ELM VƏ TƏHSİL


Rektor: Finlandiya təhsil sistemi dünyada uğurlu model kimi qəbul olunur

Bakı, 14 fevral, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) təhsil işçisi, Finlandiya-Azərbaycan Assosiasiyasının vitse-prezidenti Arzu Oqtayla görüş keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, rektor Cəfər Cəfərov A.Oqtayın həyat və fəaliyyəti barədə məlumat verib. Rektor deyib ki, A.Oqtay Finlandiyada ölkəmizi təbliğ edir. Bu ölkənin təhsil sistemi dünyada uğurlu model kimi qəbul olunur. Görüşün keçirilməsi qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və fikir mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb edir. Biz pedaqoji təhsildə qabaqcıl beynəlxalq təcrübəni öyrənməli, tətbiq etməli, təhsilin keyfiyyətini yüksəltməliyik.

A.Oqtay Finlandiyanın təhsil sistemi haqqında məlumat verib. Qeyd edilib ki, bu ölkənin təhsil sistemi şagirdlərin yüklənməsinə yol vermir. Müəllim Finlandiya cəmiyyətində ən yüksək statusa malikdir. O, tədrisdə şagirdlərin sərbəst axtarışlar etmələrinə şərait yaradır. Məktəbin öz büdcəsi olur. Şagirdlərin peşə-ixtisas seçimi düzgün istiqamətləndirilir. Finlandiyada repetitorluq fəaliyyəti yoxdur. Universitetlərdə müəllimlər tələbələrlə öz həmkarları kimi davranırlar. Finlandiya Avropa ölkələri arasında yeganə dövlətdir ki, burada azsaylı xalqların ana dili tədris edilir.

Sonda suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.