ELM VƏ TƏHSİL


Rektor Gülçöhrə Məmmədova İnşaat fakültəsinin birinci kurs tələbələri ilə görüşüb

Bakı, 16 oktyabr, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova İnşaat fakültəsinin birinci kurs tələbələri ilə görüşüb.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, rektor Gülçöhrə Məmmədova universitetin daxili nizam-intizam qaydaları, təlim-tədris prosesi haqqında məlumat verib. Rəhbərlik etdiyi təhsil ocağının uğurlarından danışan rektor bu günlərdə AzMİU-nun adının Azərbaycandan 5 universitetin də yer aldığı beynəlxalq reytinq cədvəlinə (QS EECA University Rankings 2020) daxil edildiyini xatırladıb.

Rektor tələbələrə dərslərə ciddi yanaşmağı, zamanın tələblərinə uyğun olaraq ixtisasları ilə bağlı mütaliə etməyi, universitetin böyük kitabxanasından, elektron kitabxana sistemindən maksimum yararlanmağı məsləhət görüb. O, fakültədə tədris aparan professor-müəllim heyətinin yüksəkixtisaslı və nüfuzlu mütəxəssislərdən təşkil edildiyini deyib.

G.Məmmədova AzMİU-nun dünyanın ən qabaqcıl universitetləri ilə əməkdaşlıq əlaqələrindən, ikili diplom layihələrindən, tələbələrin asudə vaxtlarının səmərəli təşkili məqsədilə ali məktəbdə yaradılmış şəraitdən söz açıb, tələbələri təhsillə yanaşı, ictimai işlərdə də fəal olmağa çağırıb.

Tədris işləri üzrə prorektor Akif Qasımov isə universitetdə imtahanların obyektiv və şəffaf keçirilməsi üçün yaradılan şəraitdən və tələbələrin üzərinə düşən vəzifələrdən bəhs edib.

Görüşdə tələbələr onları narahat edən məsələlərlə bağlı universitet rəhbərliyinə suallar verib, təklif və arzularını səsləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.