ELM VƏ TƏHSİL


Rektor: İşəgötürən üçün vacib olan iddiaçının diplomu deyil, onun işləmək bacarığıdır

Bakı, 28 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov feysbuk səhifəsində ali təhsillə bağlı növbəti paylaşım edib.

AZƏRTAC xəbər verir ki, paylaşımda işəgötürənlər tərəfindən hazırda daha çox tələb olunan kompetensiya məsələsinə toxunulub. Qeyd olunub ki, kompetensiya bu və ya digər işin görülməsi bacarığıdır. İşəgötürən üçün vacib olan iddiaçının diplomu deyil, onun işləmək bacarığıdır. Bu baxımdan bu gün məzunlara verilən diplom həmin bacarıqların göstəricisi deyil. Ona görə də düşünürük ki, gələcəkdə ali təhsil məzunlarının bacarıqlarını göstərən yeni sənədin verilməsinə ehtiyac var. Bu sənəd qeyri-akademik transkript ola bilər. Məzunlarda həmin bacarıqların qiymətləndirilməsi üçün əsas meyarların işəgötürənlərlə birgə hazırlanmasını məqsədəuyğun hesab edirik. Bacarıqların formalaşdırılması forma və metodlarının universitetlərin müstəsna səlahiyyətində saxlanılmasının vacibliyini qəbul edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.