CƏMİYYƏT


Rektor Kemal Şenocak: Azərbaycanlılar bizim can qardaşlarımızdır VİDEO

Əskişəhər, 25 may, AZƏRTAC

Azərbaycanlılar bizim can qardaşlarımızdır. Hər birisi beş barmağımızdan biridir. Əskişəhərdə “Azərbaycan mədəniyyət və incəsənət günləri”ni keçirmək könlümüzcədir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri açıqlamasında Əskişəhər Osmanqazi Universitetinin rektoru, professor Kemal Şenocak ifadə edib.

Azərbaycana olan tükənməz sevgi və rəğbətini xoş sözlərlə tərənnüm edən rektor əminliklə bildirib ki, dostluğumuz və qardaşlığımız əbədiyyətə qədər eyni məhəbbətlə davam edəcək.

Xatırladaq ki, Azərbaycanın Türkiyədəki səfirliyinin, İstanbuldakı baş konsulluğumuzun, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və Əskişəhər Osmanqazi Universitetinin birgə təşkilatçılığı ilə Əskişəhərdə açılışı olan “Azərbaycan mədəniyyət və incəsənət günləri” çərçivəsində bəzi tədbirlər mayın 25-də davam edəcək.

Əskişəhər Osmanqazi Universitetinin rektoru, professor Kemal Şenocak həmin tədbirin açılış mərasimindəki çıxışında təcavüzkar Ermənistanı ölkəmizə qarşı həyata keçirdiyi 30 illik işğala görə kəskin ittiham edərək, 44 günlük Vətən savaşında Azərbaycan Ordusunun qazandığı Zəfəri ortaq tariximizin birlik təntənəsi kimi dəyərləndirib.

 
Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Əskişəhər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.