ELM VƏ TƏHSİL
Rektor Mustafa Babanlı İndoneziyada ali məktəblərin rəhbərləri ilə əməkdaşlığa dair fikir mübadiləsi aparıb
Bakı, 11 iyul, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı İndoneziyanın Surabaya Universitetində keçirilən Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyasının konfransında iştirak edir.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, “Rəqəmsal dövrdə ali təhsil müəssisələrində davamlılığın inkişafı” mövzusunda təşkil olunan beynəlxalq tədbirdə müxtəlif mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.
ADNSU-nun rektoru ayrı-ayrı ali məktəblərin rəhbərləri ilə görüşüb və əməkdaşlığa dair fikir mübadiləsi aparıb.
Qeyd edək ki, professor M.Babanlı Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyasının İcraedici Komitəsinin üzvü və regional təmsilçisidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [13:42]
Pakistanlı alim Nizami Gəncəvi məqbərəsini ziyarət edib
- 24.04.2024 [12:51]
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
- 24.04.2024 [12:34]
BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş
- 24.04.2024 [12:22]
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
- 24.04.2024 [12:14]
BANM-də beynəlxalq elmi konfransların açılışı olub
- 24.04.2024 [12:10]
Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir
- 24.04.2024 [12:08]
“Könüllülərə yol açırıq” - satış sərgisi
AMEA-da yeni şöbələr yaradılıb
- [10:44]
Azərbaycan nefti bahalaşıb
- [09:39]
Təzadlı obrazlar ustası
- [08:00]