ELM VƏ TƏHSİL


Rektor: “Qarabağ” güclü bir universitet brendi olacaq

Bakı, 2 iyun, AZƏRTAC

“Qarabağ” Ağdamda qurulacaq yeni universitetin adı olmaqla yanaşı, həm də güclü bir universitet brendi olacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru Ədalət Muradov bildirib. Rektor yeni yaradılacaq universitet ilə bağlı bəzi təkliflər irəli sürüb:

“Bu brendin özəllilikləri kimi aşağıdakılar ola bilər:

- “tələbə mərkəzli” universitet;

- öyrətməyə vida edən və öyrənməyi əsas tutan təhsil modeli;

- fərdi təhsil trayektoriyası əsasında təhsil verən universitet;

- təhsilin əsas keyfiyyət amili kimi hər bir təhsilalanın “təhsil izi”;

- XXI əsr vərdiş, bacarıq və kompetensiyaların formalaşmasına zəmanət verən adaptiv təhsil modeli;

- distant təhsilin yaratdığı üstünlükləri maksimal dərəcədə reallaşdıran universitet;

- dünyada öndə olan universitetlərin və tanınmış peşəkarların potensialından bəhrələnən şəbəkə universiteti;

- rəqəmsal iqtisadiyyat sahəsində ixtisaslaşan tədris və elm mərkəzi;

- xətti-funksional idarəetməni proseslərin idarəedilməsilə əvəzləyən universitet;

- “Smart universitet”;

- Şəhid övladlarının təhsil aldığı universitet”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.