CƏMİYYƏT


Rektor Tibb Universitetində çalışan xanımları təbrik edib

Bakı, 7 dekabr, AZƏRTAC

Azərbaycan Tibb Universitetində (ATU) 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ATU-nun rektoru, professor Gəray Gəraybəyli təhsil ocağında çalışan xanımları təbrik edib.

Rektor qeyd edib ki, xanımlar kollektivin böyük hissəsini təşkil edir: “Heç bir kollektiv, heç bir ailə qadınsız inkişaf edə, irəli gedə bilməz. Biz xanımların əməyini həmişə yüksək qiymətləndiririk”.

Sonra o, kollektivdə təmsil olunan xanımları təbrik edib, onlara işlərində uğurlar və ailə səadəti arzulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.