ELM VƏ TƏHSİL


Rektor: Tyutorlar öz ixtisaslarına uyğun çalışmalıdırlar

Bakı, 26 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru professor Mustafa Babanlı universitetin dekanları və tyutorları ilə görüşüb.

Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.

Görüşdə tyutorluq fəaliyyətinin təhsilin inkişafı, o cümlədən çevik idarəetmə üçün vacib olduğunu deyən rektor M.Babanlı bildirib ki, tyutorların əsas vəzifələrindən biri tələbələrin universitetdə yol xəritəsini müəyyən etməkdir.

Rektor xüsusi olaraq diqqətə çatdırıb ki, tyutorlar öz ixtisaslarına uyğun çalışmalıdırlar və bu vəzifəni özlərinin inkişafı üçün, müəyyən müddətə icra etmələri onların inkişafı üçün daha uyğundur. Bu günün tyutoru gələcəyin müəllimi, alimi, professor olmalıdır və yanaşma da belə olmalı, tyutorluq institutunun formalaşmasını diqqətdə saxlamaq lazımdır.

Sonra tyutorların sualları M.Babanlı tərəfindən cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.