ELM VƏ TƏHSİL


Rektor: Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbəyə əlavə vaxt təyin olunur

Rektor: Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbəyə əlavə vaxt təyin olunur

Bakı, 25 yanvar, AZƏRTAC

Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə ərizə ilə müraciət edir və biz ona əlavə vaxt təyin edirik. Tələbə heç bir problem olmadan həmin vaxt gəlib imtahanını verir.

Bunu jurnalistlərə müsahibəsində AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova söyləyib.

“AzMİU-da qış imtahan sessiyası davam edir. Gün ərzində 1500 və daha çox tələbə imtahanlarda iştirak edir. Tələbələrin rahat şəkildə imtahan verməsi üçün universitetimizdə hər cür şərait yaradılıb. Çalışırıq ki, imtahan prosesi tam obyektiv və şəffaf şəraitdə keçsin. Ümid edirik ki, tələbələrimiz bu sessiyanı da yaxşı nəticələrlə başa vuracaqlar”, - deyə rektor bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.