ELM VƏ TƏHSİL


Rektor vətəndaşları onlayn qəbul edib

Bakı, 23 may, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev vətəndaşları onlayn qəbul edib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, qəbulda universitet əməkdaşları, tələbələr, valideynlər və digər şəxslərin müraciətlərinə baxılıb.

Görüşdə onlayn dərslərin gedişi, imtahanlara hazırlıq, magistr dissertasiya işlərinin müdafiəsi, kəsiri olan tələbələrin problemlərinin həlli, təhsil haqlarının ödənilməsi və işə qəbulla bağlı suallar cavablandırılıb.

Qeyd edək ki, vətəndaşların onlayn qəbulu hər həftənin 2-ci və 5-ci günləri, saat 14:00-dan 17:00-dək keçirilir.

Qəbulda iştirak etmək istəyən şəxs ən geci bir gün əvvəldən AzTU-nun rəsmi saytının “Onlayn qəbul” bölməsində qeydiyyatdan keçib, elektron kabinetin üzərindən müraciət etməlidir. Yalnız bu halda vətəndaşa qəbulda iştirakın tarixi (gün və saat), həmçinin onlayn qoşulmaq üçün link göndərilir.

Qəbulda iştirak etmək istəməyən vətəndaşlar isə müraciətlərini elektron formada göndərə bilər.

Onlayn qəbul məsafələri qısaltmaq məqsədi daşıyır. Uzaq məsafədə yaşayan, qəbula gəlməkdə çətinlik çəkən vətəndaşlarla görüşün bu formatda keçirilməsi karantin günləri bitdikdən sonra da davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.