ELM VƏ TƏHSİL


“Rektorlar konfransının yaradılması” layihəsi çərçivəsində onlayn görüş təşkil olunub

Bakı, 4 iyun, AZƏRTAC

Avropa İttifaqının dəstəklədiyi, Bakı Biznes Universitetinin koordinatoru olduğu “ERASMUS+ KA2” proqramı çərçivəsində “Rektorlar konfransının yaradılması” (EQAR) layihəsi çərçivəsində onlayn görüş təşkil olunub. Görüşə yerli və əcnəbi universitetlərin əməkdaşları qatılıb.

Azərbaycan Turizm və Menecment Universitetindən AZƏRTAC-a bildirilib ki, görüşün keçirilməsində əsas məqsəd layihə çərçivəsində icrası planlaşdırılan tapşırıqların bölüşdürülməsi, həyata keçirilməsi və layihəyə uyğun mühüm sənədlərin hazırlanma qaydasının müzakirəsi olub. Tədbirdə layihənin gedişatına dair məlumatla yanaşı, növbəti mərhələdə icrası planlaşdırılan işlərdən də bəhs edilib.

Onlayn tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin layihə iştirakçıları görüləcək işlərdən söz açıblar, layihənin təhsil sahəsində müsbət nəticələr verəcəyinə əminliklərini ifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.