İDMAN


“Renault” komandası öz yetirməsinin 2021-ci il Formula 1 yarışlarında iştirak etməsini arzulayır

Bakı, 15 dekabr, AZƏRTAC

“Renault”un gənclər proqramının rəhbəri Mia Şarizman bildirib ki, 2021-ci il Formula 1 yarışlarına əzmkar pilotun hazırlanması akademiyanın əsas vəzifəsidir.

AZƏRTAC xəbər verir ki, Mia Şarizman deyib: “Akademiyanın məqsədləri daim uzunmüddətli olub – 2021-ci ilədək öz əzmkar pilotunu döyüş meydanına çıxarmaq. Biz bu sahədə tədricən addımlayırıq və hazırda məqsədimizə nail oluruq. Pilotlar komandada mühüm vəzifələri yerinə yetirməyə başlayırlar və bu, inkişafı davam etdirəcək.

Başa çatan il proqram üzrə işin üçüncü mövsümünün qurtarması və iki mərhələdən birinin bitməsi ilə əlamətdardır. Mövsüm haqqında fikirlərə gəldikdə, deyə bilərəm ki, o, ideal olmayıb. Lakin bu, az ehtimal olunurdu.

Söhbət təkcə qazanılmış titullardan deyil, həm də çıxışlardan gedir. Bu çıxışlar hansı yürüşçülərin inkişafını davam etdirməyin lazım olduğunu göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.