İQTİSADİYYAT
“Renault”un Bakı mərkəzində “Qızıl payız” aksiyasına başlanılmışdır
Bakı, 25 oktyabr (AZƏRTAC). “Renault”un Azərbaycanda rəsmi distribütoru olan “Nurgün Motors” şirkəti həmin markalı avtomobil sahiblərini oktyabrın 31-dək davam edəcək “Qızıl payız” servis kampaniyasında iştirak etməyə dəvət edir.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, kampaniya çərçivəsində “Renault” sahibləri avtomobillərinə göstərilən xidmət və ehtiyat hissələrinin alınmasına görə 20 faizlik endirimdən yararlana biləcəklər. Analoji endirim şüşəsilənlərin dəyişdirilməsi və ya təmiri zamanı da tətbiq olunur.
Bundan başqa, servis mərkəzində istənilən xidməti sifariş etdikdə, müştərilər avtomobillərin hərəkətli hissələrini pulsuz diaqnostika etdirə bilərlər.
“Renault” avtomobillərinin sahibləri endirimdən daha operativ yararlanmaq üçün servisə gəlməmişdən əvvəl qeydiyyatdan keçməlidirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]