ELM VƏ TƏHSİL
“Rənglərin ilk addımı” mövzusunda sərgi açılacaq
Bakı, 25 may, AZƏRTAC
Mayın 27-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) Muzey-Sərgi Kompleksində “Yeni nəsil” və “Liderland” tədris müəssisələri üzvlərinin “Rənglərin ilk addımı” mövzusunda rəsm sərgisi keçiriləcək.
ADRA-dan AZƏRTAC-a bildiriblər ki, 28 May - Respublika Gününə həsr olunan sərginin təşkilinin məqsədi uşaqların dünyaya baxışlarını, rəng duyumlarını, onların milli-mənəvi dəyərlərlə bağlı düşüncələrini və vətənpərvərlik hisslərini rəsmlər vasitəsilə nümayiş etdirməkdir. Həmçinin müstəqil Azərbaycan anlayışının mətinliyini, dönməzliyini göstərməkdir.
Sərgidə “Liderland” və “Yeni nəsil” tədris müəssisələri şagirdlərinin sulu boya, qrafika, quaş, yağlı boya ilə işlənmiş 70-dən çox əsəri nümayiş olunacaq. Rəsmlər arasında portret və mənzərə janrı üstünlük təşkil edir.