MƏDƏNİYYƏT
Rənglərin qardaşlığı: İzmirdən Bakıya sənət körpüsü
Bakı, 14 oktyabr, AZƏRTAC
Oktyabrın 17-dən 21-dək Bakıda Azərbaycan və Türkiyə rəssamlarının iştirakı ilə “Rənglərin qardaşlığı” adlı layihə həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, layihə Bakı Yunus Əmrə İnstitutu ilə Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtma müşavirliyi, İzmir Balçova bələdiyyəsi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Qardaşlıq və İş Birliyi Dərnəyinin birgə təşkilatçılığı ilə reallaşacaq.
Sərginin açılışı oktyabrın 19-da Muzey Mərkəzində baş tutacaq. Sərgidə türkiyəli rəssamların İzmirdən gətirdikləri əsərləri, habelə azərbaycanlı rəssamların əl işləri nümayiş ediləcək.
Xatırladaq ki, layihənin birinci mərhələsi İzmirdə mayın 28-dən iyunun 2-dək azərbaycanlı rəssamların iştirakı ilə həyata keçirilib. Rəssamların əsərləri İzmir Balçova bələdiyyəsinin mədəniyyət evində sərgilənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.03.2023 [12:26]
Rəngkarlıq Muzeyində ustad dərsi - “Özünü kəşf et”
- 30.03.2023 [10:40]
“Artım”da sərgi – “Dərman aradım dərdimə”
- 29.03.2023 [15:30]
“Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsi elan olunub
- 17.03.2023 [20:07]
Rəssamlar İttifaqında Tural Anaroğlunun ilk fərdi sərgisi açılıb
- 17.03.2023 [18:51]
Tural Anaroğlu: Sərgidə 43 rəsm əsərim nümayiş olunur
- 11.03.2023 [10:25]
“Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq
- 10.03.2023 [14:44]
Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb
- 03.03.2023 [14:39]
Bakıda “Harmoniya” adlı qrup sərgisi açılacaq
- 03.03.2023 [13:38]