MƏDƏNİYYƏT


“Rəngli əllər – asudə vaxtın səmərəli təşkili” adlı layihə keçirilir

Bakı, 26 aprel, AZƏRTAC

“Davam” Gənclər Hərəkatı ilə Azərbaycan Respublikasının Gənclər Fondunun birgə həyata keçirdiyi “Gənclərin Davamlı İnkişaf Proqramı” çərçivəsində yeni bir layihəyə start verilib.

AZƏRTAC xəbər verir ki, asudə vaxtını səmərəli təşkil etmək istəyən gənclər həftədə iki dəfə olmaqla baş tutacaq “Rəngli əllər – asudə vaxtın səmərəli təşkili” adlı layihə çərçivəsində həyata keçirilən ustad dərslərinə dəvət olunur.

Bu layihə gənclərin yaradıcılıq potensialının ortaya çıxması üçün bir fürsətdir. Gəlin birlikdə sehrli incəsənət aləminə enək və fırçanın gücü ilə xəyal dünyamızı rəngləndirək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.