CƏMİYYƏT


“Rəngli əllər - asudə vaxtın səmərəli təşkili” layihəsinin icrasına start verilib

Bakı, 17 iyul, AZƏRTAC

“Davam” Gənclər Hərəkatının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu və “ArtColab” rəssamlıq kursunun dəstəyi ilə “Rəngli əllər - asudə vaxtın səmərəli təşkili” layihəsinin icrasına start verilib.

Hərəkatdan AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi uzun müddət davam edən xüsusi karantin rejimi ilə əlaqədar gənclərin aktiv sosial həyatdan kənarda qaldığı nəzərə alınaraq onların asudə vaxtının rəngarəng və səmərəli təşkil edilməsi, eləcə də yaradıcılıq potensialının üzə çıxarılmasıdır.

Layihədə iştirak üçün qısa müddətdə 300-dən çox gənc qeydiyyatdan keçib və bu say artmaqdadır. Layihə çərçivəsində gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün karantin qaydalarına əməl olunaraq məhdud sayda qruplarla ustad dərslərinin keçirilməsinə başlanılıb. “ArtColab” rəssamlıq kursunda baş tutan ilk ustad dərsində gənclər yağlı boya ilə kətan üzərində rəsm çəkiblər. Gənclər müxtəlif üsullardan praktiki olaraq istifadə edib həvəskar yaradıcılıq nümunələri ərsəyə gətiriblər.

“Rəngli əllər - asudə vaxtın səmərəli təşkili” layihəsi “Davam” Gənclər Hərəkatı ilə Gənclər Fondunun birgə reallaşdırdığı “Gənclərin davamlı inkişafı proqramı” çərçivəsində həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.