ELM VƏ TƏHSİL


“Rəngli kvartet” adlı rəsm sərgisi

Bakı, 9 iyun, AZƏRTAC

Bakı Xətai Sənət Mərkəzində “Rəngli kvartet” adlı rəsm sərgisi keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, sərgidə Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi üzvlərinin - Dəniz Quliyeva, Ayaz Nəcəfli, Gülay Əsədova və Hüseyn Cabbarovun müxtəlif mövzularda 50-dək əl işləri nümayiş etdirilib.

Tədbirdə müəllim və şagirdlər, valideynlər, dərnək üzvləri iştirak ediblər.

Balaca fırça ustalarına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi tərəfindən diplom və hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.