İDMAN


“Reno” Formula 1 Yaponiya Qran-Prisinə yeni ön antiqanad gətirib

Bakı, 8 oktyabr, AZƏRTAC 

“Reno”nun texniki direktoru Nik Çester Formula 1 Yaponiya Qran-Prisi ərəfəsində onun yetirmələrinin hazırladıqları yeniliklərdən danışıb.

AZƏRTAC xəbər verir ki, komandanın mətbuat xidməti Çesterin bu sözlərini sitat gətirib: “Biz Sudzukaya yeni ön antiqanad gətirmişik. Bundan əlavə, şassidəki qanadardımız da yeni olacaq. Kənardan baxanda dəyişikliklər nəzərə çarpmaya bilər, lakin biz sıxma gücünün artmasına və nəticədə asfaltla təmasın yaxşılaşmasına ümid bəsləyirik”.

Hesabında 68 xal olan “Reno” mövsümün bitməsinə beş mərhələ qalmış Konstruktorlar Kubokunda beşinci yeri tutur. O, “Maklaren”dən 33 xal geri qalır, “Toro Rosso”nu 13 xal qabaqlayır. Daniel Rikkardonun və Niko Hyulkenberqin hər biri komandaya 34 xal qazandırıb.

Formula 1 Yaponiya Qran-Prisi oktyabrın 11-13-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.