İDMAN


“Reno” Formula 1-dəki komandasını sata bilər

Bakı, 22 may, AZƏRTAC

Son günlər Formula 1-də mövsümün startından daha çox komandalar daxilində yerdəyişmələr əsas müzakirə mövzusuna çevrilib. Üstəlik, “Reno”nun satılacağı ilə bağlı xəbərlər avtoidman dünyasında geniş əks-səda doğurub.

AZƏRTAC xəbər verir ki, qarşıdakı illərdə “Reno” Formula 1-də çıxışını dayandırmaq niyyətindədir. Daha doğrusu, fransalılar yarışda öz yerini başqa komandaya satmağı planlaşdırır. Bu məsələ ilə bağlı mayın 27-də Parisdə “Reno”, “Nissan” və “Mitsubişi” avtomobil şirkətləri birgə mətbuat konfransı təşkil edəcək. Pandemiyaya görə maliyyə böhranı yaşayan bu şirkətlər gələcək planları barədə ictimaiyyətə məlumat verəcəklər. Məhz orada “Reno”nun satılacağı elan ediləcək.

Avropa mətbuatının yazdığına görə, “Reno” Formula 1-də komanda ilə təmsil olunmasa da, çempionatın bolidləri üçün mühərrik istehsalını davam etdirəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.