Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Repetitor yanına getmədən də yüksək bal toplamaq olar - kənd məktəblisinin uğur sirri VİDEO

Ağsu, 31 avqust, Rəşad Türkoğlu, AZƏRTAC

Ağsu rayon Musabəyli kənd sakini İsa Heydərov ali məktəbə qəbul imtahanlarında yüksək nəticə göstərən şagirdlərdən biridir.

AZƏRTAC xəbər verir ki, İsa bu il buraxılış imtahanında mümkün 300 baldan 276 bal toplayaraq rayon üzrə, 2-ci qrup blok imtahanında isə mümkün 400 baldan 397 bal toplayaraq respublika üzrə ən yüksək nəticə göstərib. Ümumi olaraq 673 balla ali məktəbə qəbul üçün ixtisas seçimi mərhələsinə buraxılıb.

İsa Heydərov hələ 9-cu sinifdə qatıldığı Respublika fənn olimpiadasında tarix fənnindən ölkə üzrə 1-ci, 10-cu sinifdə isə respublika üzrə 2-ci yerə layiq görülüb: “Mənim uğurumun təməli aşağı siniflərdə qoyulub. Yuxarı siniflərdə isə planlı və məqsədli şəkildə çalışmışam. Aşağı siniflərdən müxtəlif intellektual yarışmalarda nailiyyətlər əldə etmişəm. Bu, mənə böyük motivasiya verib. Müəyyən vaxtlarda, amma dediyim kimi, planlı çalışırdım”.

Maraqlısı budur ki, bir çox məktəblilərin hazırlıq kurslarına üz tutduğu dövrdə, İsa bu nəticələri repetitor hazırlığına getmədən məktəbdə bütün fənləri eyni dərəcədə mükəmməl öyrənməklə qazanıb.

Musabəyli kənd tam orta məktəbin direktoru Afaq Abdullayeva: “Bəzən valideynlərdə belə bir fikir formalaşır ki, repetitor yanına getmədən, hazırlıq keçmədən yüksək bal toplamaq olmaz. Həm də şəhərdəki məktəblərdə oxumalısan, yəni kənd məktəbində oxumaqla yüksək nəticə əldə etmək olmaz. Bu, heç də belə deyil. Mən nümunə olaraq öz şagirdlərimizi göstərə bilərəm. İsanın nailiyyəti bizim məktəbin üçüncü yüksək nəticəsidir ki, heç bir repetitor hazırlığı keçmədən öz əzmkarlığı, müəllimlərlə qarşılıqlı çalışması sayəsində bu cür uğur əldə etmişik”.

İsanın anası ilə söhbət zamanı oğlunun məktəb illərində intellektual yarışlarda, viktorinalarda çox iştirak etdiyini, hər dəfə də qalib gəldiyini söyləyir. “Buna görə də onun gələcəkdə daha yüksək nailiyyətlər qazanacağını bilirdik. Çünki aşağı siniflərdən İsanın nə qədər məsuliyyətli, əzmkar, çalışqan olduğunu görürdük. Belə bir deyim var, hər bir şagirdin arxasında güclü, eyni zamanda, məsuliyyətli valideyn durur. Mən həmişə onun dərslərini oxumasına ciddi fikir vermişəm. Bununla yanaşı, bu, təkcə valideyn uğuru deyil, məktəbin müəllimlərinin uğurlarıdır. İsa artıq İqtisad Universitetində Maliyyə ixtisasını seçib. Biz ona hər zaman dəstək olmuşuq. Bütün valideynlərə də bu sevinci arzu edirik”, - deyə İlahə xanım vurğulayıb.

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Ağsu rayon təhsil sektorunun müdiri Əlmirzə Məmmədov bildirib ki, bu il Ağsu rayonunda 480 nəfər 11–ci sinfi bitirib. Onlardan 50 faizdən çoxu ali məktəbə sənəd verib: “Bu il ali məktəbə sənəd verən məzunlarımızın göstəriciləri ötənilkilərdən fərqli olmuşdur. Belə ki, ötən il yeddi şagirdimiz 500-dən yuxarı bal toplamışdı, 600-dən çox toplayan məzunumuz yox idi. Amma bu il 20-dən çox məzunumuz 500-dən, 3 nəfər isə 600-dən yuxarı bal toplayıb”.

Qeyd edək ki, Ağsu rayonu üzrə 68 məktəb fəaliyyət göstərir. Bu məktəblərdən 35-i tam orta, 16-sı ümumi orta, 17-si ibtidai məktəblərdir.

Xatırladaq ki, Ağsu rayonunun Musabəyli kənd tam orta məktəbi Heydər Əliyev Fondunun dəstəyi ilə tikilərək istifadəyə verilib. İkimərtəbəli binada 17 sinif otağı, biologiya və texnologiya otaqları, informatika kabineti, kitabxana, idman və akt zalları, yeməkxana və s. tədrisin yüksək səviyyədə təşkilinə imkan verir. Məktəbin həyətində açıq idman meydançası salınıb, istirahət köşkləri tikilib.

Repetitor yanına getmədən də yüksək bal toplamaq olar - kənd məktəblisinin uğur sirri VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar – “Plastik tullantıların təbiətə zərəri”

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO VİDEO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb VİDEO

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb