CƏMİYYƏT


Reproduktiv sağlamlığa həsr olunmuş konfrans keçirilib

Bakı, 18 dekabr, AZƏRTAC

Azərbaycan Tibb Assosiasiyasının (ATA) Pediatriya və Ginekologiya dərnəklərinin, PM Akademiya Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Reproduktiv Sağlamlıq: Tibbi və Psixoloji Aspektlər” mövzusunda birinci milli konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransın keçirilməsində məqsəd problemlərə multidisiplinar yanaşmanı təşviq etməkdir. Tədbirdə ginekoloji, psixoloji, pediatrik mövzularda 12 məruzə dinlənilib. ATA Pediatriya Dərnəyinin koordinatoru, dosent Nigar Sədiyeva, PM Akademiya Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzinin psixoloji məsləhətçisi, cinsi münasibətlər üzrə terapevti Maarif Məmmədov, ATA Ginekologiya Dərnəyinin koordinatoru, tibb üzrə fəlsəfə doktoru Turab Canbaxışov və başqaları cinsi sağlamlıq, ailə münasibətləri, uşaqlara və yeniyetmələrə düzgün yanaşma ilə əlaqəli mövzularda məruzələrlə çıxış ediblər.

Konfransda iştirak edən həkimlərə Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən təsdiqlənmiş davamlı tibbi təhsil üzrə kredit saatları olan sertifikatlar verilib.

Konfrans bədii hissə ilə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.