İQTİSADİYYAT
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yenidən ən fəal dövlət orqanı seçilib

Bakı, 14 mart, AZƏRTAC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yenidən ən fəal dövlət orqanı seçilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, RİNN 2021-ci il dekabrın 1-dən 2022-ci il martın 4-nə qədər Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) ilə əməkdaşlıq edərək vətəndaşların müraciətlərini operativ şəkildə həll etdiyi üçün “Ən fəal dövlət orqanı” kimi təltif olunub.
Bundan öncə RİNN sentyabr–dekabr tarixləri üzrə “Ən fəal dövlət orqanı” seçilib.
Qeyd edək ki, Onlayn İctimai Nəzarət Platforması ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti Təşkilatlarının (ECSOFT) layihəsi çərçivəsində pilot olaraq icra edilir. Layihənin məqsədi ictimaiyyəti narahat edən bir sıra məsələlərə dair vətəndaşlardan video və ya foto sübutu olan məlumatı qəbul etmək və müvafiq dövlət orqanlarında onların həllinə nail olmaqdır.