CƏMİYYƏT


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Bakı, 6 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 dekabr tarixli müvafiq Sərəncamı ilə dekabrın 6-sı ölkəmizdə rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Artıq bu il Azərbaycanda telefon rabitəsinin yaradılmasından 140 il ötür.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, peşə bayramı günü münasibətilə nazirliyin rəhbərliyi və kollektivi Fəxri xiyabanı ziyarət edərək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə gül dəstələri qoyulub.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad edilib, məzarları önünə güllər düzülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.