İQTİSADİYYAT


Rəqəmsal İqtisadiyyat Strategiyasının hazırlanması üzrə İşçi qrupun 2-ci iclası keçirilib

Bakı, 18 mart, AZƏRTAC

Rəqəmsal İqtisadiyyat Strategiyasının hazırlanması üzrə İşçi qrupun 2-ci iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilən iclasda strategiyanın hazırlanması istiqamətində görülən işlər barədə müzakirələr aparılıb, İşçi qrupunun katiblik funksiyasını həyata keçirən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi və strategiyanın hazırlanması prosesinə cəlb edilmiş beynəlxalq məsləhətçi şirkət tərəfindən təqdimatlar olub. Təqdimatlarda rəqəmsal iqtisadiyyatın mahiyyəti və məqsədləri, Azərbaycanda rəqəmsal iqtisadiyyata baxış, müvafiq sahənin inkişaf etdirilməsi üçün əsas komponentlər, bu istiqamətdə bir sıra ölkələrin uğurlu təcrübəsi və rəqəmsal iqtisadiyyatın müqayisəli analizi əks etdirilib. İşçi qrupu üzvlərinin rəy və təklifləri dinlənilib, fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycanda Rəqəmsal İqtisadiyyat Strategiyasının hazırlanması, bu sahə üzrə inkişafın təmin edilməsi üçün görüləcək işlərin effektiv koordinasiyasının təmin olunması məqsədilə yaradılan İşçi qrupunda İqtisadiyyat Nazirliyi və tabeliyindəki qurumlar da daxil olmaqla 17 qurum təmsil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.