ELM VƏ TƏHSİL


“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində vebinarlar yekunlaşıb

Bakı, 12 sentyabr, AZƏRTAC

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində şagird və müəllimlər üçün “Virtual məktəb”də təşkil olunan vebinarlar başa çatıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ümumilikdə iyul-sentyabr aylarında rəqəmsal bacarıqların inkişafı üzrə gündəmdə olan mövzulara dair 7451 müəllim və şagirdin iştirakı ilə 10 vebinar keçirilib. Təhsil Nazirliyi və beynəlxalq “Alqoritmika” şirkəti ilə birgə “Virtual məktəb”də təşkil olunan vebinarların məqsədi iştirakçıların informasiya texnologiya bacarıqlarını inkişaf etdirmək, interaktiv dərslərin təşkili üçün alətləri nümayiş etdirmək, eyni zamanda, şagirdlərin asudə vaxtlarını səmərəli şəkildə keçirmələrinə nail olmaqdır. Bununla yanaşı, sentyabr ayından etibarən layihənin rəsmi sosial şəbəkələrində şagirdlər arasında məntiqi düşüncəni inkişaf etdirmək, informasiya texnologiyaları sahəsində yenilikləri ictimaiyyətə çatdırmaq, həmçinin faydalı məlumatları bölüşmək məqsədilə layihə çərçivəsində yeni interaktiv rubrikalara start verilib.

Layihəyə dair məlumatlarla sosial şəbəkələrdəki rəsmi səhifələrdən tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.