ELM VƏ TƏHSİL


Rəqəmsal dövlət üzrə XVII Avropa konfransına qeydiyyat davam edir

Bakı, 1 aprel, AZƏRTAC

İyunun 12-13-də Portuqaliyanın Lissabon şəhərindəki Hərbi Akademiyanın təşkilatçılığı ilə rəqəmsal dövlət üzrə XVII Avropa konfransı (ECDG 2017) keçiriləcək.

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan AZƏRTAC-a bildirilib ki, tədbirdə rəqəmsal hökumətin çoxaspektli problemləri barədə məruzələr dinləniləcək və müzakirələr aparılacaq. Beynəlxalq tədbirdə 40-dan çox ölkədən alim və mütəxəssislərin iştirakı gözlənilir. Konfransa qeydiyyat mayın 11-də başa çatacaq.

Konfransa təqdim olunmuş tezislər “The Electronic Journal of eGovernment” və “The Journal of Information, Communication and Ethics in Society” jurnallarında dərc ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.