İQTİSADİYYAT


“Rəqəmsal hökumət” təşviqat proqramının ikinci mərhələsi başa çatıb

Bakı, 20 iyul, AZƏRTAC

Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) və “ASAN Könüllülük” Məktəbinin birgə təşəbbüsü ilə reallaşdırılan “Rəqəmsal hökumət” təşviqat proqramının ikinci mərhələsi yekunlaşıb.

EHİM-dən AZƏRTAC-a bildirilib ki, proqram çərçivəsində 35 könüllü tərəfindən 2 ay ərzində Bakıda yerləşən “ASAN xidmət” mərkəzlərində vətəndaşlardan elektron sorğular götürülüb.

Sorğular əsasında vətəndaşlar ölkəmizdə göstərilən elektron xidmətlərin keyfiyyətinə münasibət bildirib, elektron xidmətlərdən istifadə zamanı qarşılaşdıqları çətinlikləri qeyd ediblər. “Təcili rəqəmsal yardım” devizi ilə vətəndaşlara yaxınlaşan könüllülər, həmçinin elektron dövlət xidmətləri, elektron ödənişlər haqqında onlara məlumat veriblər.

“Rəqəmsal hökumət” təşviqat proqramının məqsədi vətəndaşları elektron xidmətlər haqqında məlumatlandırmaq, ən çox hansı elektron xidmətlərdən istifadə etdiklərini, eləcə də elektron xidmətlər barədə haradan məlumat əldə etdiklərini müəyyən etmək, bu xidmətlərdən istifadə ilə bağlı onlara dəstək olmaqdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.