ELM VƏ TƏHSİL


Rəqəmsal iqtisadiyyat və inkişaf tendensiyalarına dair məruzə maraqla qarşılanıb

Bakı, 13 mart, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm aylığı” çərçivəsində keçirilmiş seminarda rəqəmsal iqtisadiyyat və İKT kafedrasının müəllimi Ülviyyə Rzayevanın "Azərbaycanda rəqəmsal iqtisadiyyat və inkişaf tendensiyaları" mövzusunda məruzəsi maraqla qarşılanıb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, Ü.Rzayeva müasir dövrdə rəqəmsal iqtisadiyyat tendensiyalarını şərh edib. O, şirkətlərin fiziki və rəqəmsal resurslarının birləşdirilmə platformalarına əsaslanan yeni biznes strukturlarının formalaşmasına, bir çox fəaliyyətlərin transformasiyasına, istehlakçılar üçün yeni dəyərlərin yaradılması ilə rəqabət strategiyalarının dəyişdirilməsinə səbəb olacağını vurğulayıb. Məruzəçi Estoniyanın elektron hökumət platformasının timsalında bu sahədə uğur qazanmış ölkələrin müsbət təcrübəsindən istifadənin əhəmiyyətindən bəhs edib.

Texnologiya və dizayn fakültəsinin dekanı, professor Vəkil Hüseynov rəqəmsal dövrdə cəmiyyətin və iqtisadiyyatın struktur dəyişikliklərinin inkişaf etdirilməsinin, Azərbaycanda rəqəmsal iqtisadiyyatın əsas istiqamətlərinin təqdim edilməsinin, rəqəmsal transformasiya sahəsində vərdiş və bacarıqların əldə olunmasının vacibliyini vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.