ELM VƏ TƏHSİL


Rəqəmsal iqtisadiyyatın inkişaf səviyyəsinin qiymətləndirilməsi üsulları araşdırılır

Bakı, 31 may, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarı magistrant Gülnarə Quliyevanın kompüter mühəndisliyi ixtisası üzrə təqdim etdiyi “Rəqəmsal iqtisadiyyatın inkişaf səviyyəsinin qiymətləndirilməsi üsullarının analizi” mövzusunda dissertasiya işinin ilkin müzakirəsinə həsr olunub.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, məruzəçi rəqəmsal iqtisadiyyatın mahiyyəti, məzmunu, onun formalaşma və inkişaf problemləri, ənənəvi iqtisadiyyatla rəqəmsal iqtisadiyyatın fərqləri, rəqəmsal iqtisadiyyatın mənfi və müsbət xüsusiyyətləri və s. barədə danışıb. O, dissertasiya işində əldə olunmuş elmi nəticələri təqdim edərək, tədqiqat zamanı rəqəmsal iqtisadiyyat haqqında ilkin anlayışlar və mövcud yanaşmaların araşdırıldığını, aparılmış tədqiqatların analiz edildiyini nəzərə çatdırıb.

Seminarda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.