İQTİSADİYYAT


Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramının reallaşması iqtisadiyyatın inkişafına önəmli töhfə verəcək

Bakı, 31 oktyabr, AZƏRTAC

"2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın reallaşması iqtisadiyyatın inkişafına önəmli töhfə verəcək. Həmçinin dövriyyədə nağdsız ödənişlərin həcmi artacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Sədr qeyd edib ki, rəqəmsallaşma iqtisadi inkişafın ən mühüm göstəricilərindən biridir. Rəqəmsallaşma həm də dövlətlərarası rəqabətin əsas əlamətlərindən birinə çevrilib. Azərbaycan iqtisadiyyatı açıq iqtisadiyyatdır. 15 ildə iqtisadiyyatın 3 dəfə böyüməsi qlobal əməkdaşlığın nəticəsidir.

"Biz bank sektorundan maliyyə vasitəçiliyini artırmağı hədfələyirik. 4-cü rüb pozitiv zonadadır. İqtisadiyyatın başlıca sektorlarında da artım müşahidə olunur. Qeyri-neft ixracının artması da göstərir ki, iqtisadiyyatın diversifikasiyası üzrə işlər nəticə verir. Yaxın illərdə makroiqtisadi dayanıqlılıq davam edəcək. Maliyyə sektorunda mühüm islahatların reallaşması lazımdır. Növbəti dövrdə də qiymət sabitliyi Mərkəzi Bankın əsas hədəflərindən olacaq", - deyə E.Rüstəmov diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.