İQTİSADİYYAT


Rəqəmsal reklam qurğuları Azərbaycanda istehsal olunacaq

Bakı, 11 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) direktoru Aydın İbadovla Çinin “Shenzhen GCL Electronics CO LTD” şirkətinin baş meneceri Yan Ven Binin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

ADRA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə rəqəmsal reklam qurğularının Azərbaycanda istehsal sahəsinin yaradılması ilə bağlı ilkin razılıq əldə edilib.

Bu məqsədlə şirkət ölkəmizə ilkin mərhələdə 3 milyon dollar investisiya yatırmaq niyyətindədir. Azərbaycanda müvafiq istehsal sahəsinin yaradılması yeni iş yerlərinin açılmasına və ixrac potensialının artırılmasına gətirib çıxaracaq.

Müəssisənin ilk istehsalı gələn ilə planlaşdırılır. Reklam bazarının dinamik inkişafı fonunda regionda bu tip istehsal sahəsinin olmaması mövcud sahəyə investisiya qoyuluşunu labüd edir.

Qeyd edək ki, Çinin Led monitorlar istehsal edən “Shenzhen GCL Electronics CO LTD” şirkəti dünyada məşhur layihələri ilə - 2010-cu ildə Cənubi Afrikada keçirilən Dünya Kuboku və Şanxayda baş tutan EXPO sərgisi, 2014-cü ildə reallaşan Çin-Asiya EXPO sərgisi, eləcə də 2015-ci ildə Milanda təşkil edilən EXPO sərgisini həyata keçirməklə tanınır. Şirkət indiyədək dünya miqyasında 10 mindən çox LED monitor layihəsini uğurla tamamlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.