ELM VƏ TƏHSİL


Rəqəmsal şəbəkələrdə əqli mülkiyyət hüquqlarının qorunması sahəsində ictimai məlumatlandırılmanın artırılması məsələləri müzakirə olunub

Bakı, 20 fevral, AZƏRTAC

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin benefisiarı olduğu və Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi “Rəqəmsal şəbəkələrdə əqli mülkiyyət hüquqlarının idarə olunması və qorunması məqsədilə Əqli Mülkiyyət Agentliyinin institusional potensialının gücləndirilməsi” adlı tvinninq layihəsi çərçivəsində növbəti ekspert məsləhətləşmələri keçirilib.

Əqli Mülkiyyət Agentlindən AZƏRTAC-a bildirilib ki, onlayn videokonfrans formatında keçirilən tədbirdə layihənin “Təlimlər və ictimai məlumatlandırılma” adlı 4-cü komponenti üzrə fikir mübadiləsi aparılıb. Aİ tərəfindən həmin komponentin rəhbəri, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Kreativ Sənayelər bölməsinin direktoru Dimiter Qançev Azərbaycanda rəqəmsal şəbəkələrdə müəllif hüquqları sahəsində ictimai məlumatlandırılmanın artırılması məqsədilə Aİ ekspertləri tərəfindən hazırlanan materiallar haqqında ətraflı məlumat verib.

Yunanıstan və Fransanı təmsil edən ekspertlər geniş ictimaiyyət, xüsusilə də gənclər üçün çap və audiovizual nəşrlərdə müəlliflik hüququ sahəsi üzrə ilkin biliklərin daxil edilməsi barədə fikirləri, eyni zamanda, bu sahədə öz ölkələrinin təcrübəsi ilə bölüşüblər.

Azərbaycan tərəfindən layihə rəhbəri, Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin direktoru Nəcəf Quliyev, layihənin 4-cü komponent üzrə rəhbəri, Agentliyin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdir müavini Elnur Məmmədli və digərləri təqdim edilən məlumatlarla əlaqədar diqqəti dəqiqləşdirilməsi zəruri olan məqamlara yönəldiblər, ümumilikdə müəllif hüquqlarının təminatı baxımından məlumatlandırılmanın artırılmasının, o cümlədən əqli mülkiyyət mədəniyyətinin formalaşması üçün olduqca əhəmiyyətli amili kimi dəyərləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.