İQTİSADİYYAT


“Rəqəmsal və davamlı kənd təsərrüfatı” mövzusunda onlayn görüş keçiriləcək

Bakı, 28 sentyabr, AZƏRTAC

Alman-Azərbaycan Xarici Ticarət Palatası (“AHK Azərbaycan”) sentyabrın 29-30-da Bavariya İqtisadi İşlər, Regional İnkişaf və Energetika Nazirliyinin dəstəyi və “TUM-Tech GmbH” ilə əməkdaşlıq çərçivəsində Azərbaycan şirkətləri üçün “Rəqəmsal və davamlı kənd təsərrüfatı” mövzusunda onlayn biznes görüş keçirəcək.

Palatadan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində əkinçilik və heyvandarlıq sahələri üzrə fəaliyyət göstərən alman şirkətləri ilə onlayn B2B görüşləri baş tutacaq. Tədbirdə iştirak ödənişsizdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.