İQTİSADİYYAT


Rəqəmsal xidmətləri əlçatan edən “evdeqal.az” saytı istifadəyə verilib

Bakı, 6 aprel, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə təşkilatçılığı ilə “www.evdeqal.az” saytı istifadəyə verilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, saytın yaradılmasında məqsəd insanların özünün və ətrafdakıların sağlamlığını qoruması üçün ehtiyac olmadıqda evdən çıxmamasının vacibliyi istiqamətində maarifləndirilməsi, əhalinin gündəlik tələbatlarını qarşılaya bilməsi üçün rəqəmsal xidmətlərə asan çıxışının təmin edilməsidir.

Məlum olduğu kimi, koronavirusla bağlı sosial izolyasiya tədbirləri fonunda insanların distant təhsilə, “e-səhiyyə”yə, onlayn mağazalara və kinoteatrlara, mal və xidmətlərin onlayn sifarişinə olan tələbatı dəfələrlə artıb. Məhz bunu nəzərə alaraq “evdeqal.az” saytında istifadəçilərə “təhsil”, “çatdırılma”, “tibb”, “qida” və “əyləncə” kateqoriyaları üzrə onlayn xidmətlər, eləcə də koronavirus şəraitində mövcud çağırış və imkanlar haqqında dolğun məlumatlar bir arada təqdim olunur.

Saytda, həmçinin evdə qalaraq rəqəmsal biznes qurma yolları, bu biznesin onlayn idarə üsulları kimi insanların şəxsi inkişafına yönəlik onlayn öyrənmə imkanları diqqətə çatdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.