MƏDƏNİYYƏT


“Rəqs Kaleydoskopu” adlı birinci beynəlxalq festival iştirakçıları mükafatlandırılıb

Bakı, 11 dekabr, AZƏRTAC

Dekabrın 11-də R.Behbudov adına Dövlət Mahnı Teatrında “Rəqs Kaleydoskopu” adlı birinci beynəlxalq festival iştirakçılarının mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə festival haqqında məlumat verilib. Bildirilib ki, festival “Kainat” Gənclik Mərkəzinin dəstəyi, “Mehriban” rəqs və vokal qrupunun təşkilatçılığı ilə reallaşıb.

Beynəlmiləl tərkibli münsiflər heyəti festival-müsabiqəyə qatılmış yeniyetmə və gənclərin ifasında milli, folklor, müasir və dünya xalqlarının rəqs nümunələrini dəyərləndirərək qalibləri müəyyənləşdirib.

İlk festival-müsabiqənin xarici qonaqları qardaş Özbəkistan təmsilçiləri olub. Bu qədim diyarın ayrı-ayrı vilayətlərindən müsabiqəyə qoşulan gənc istedadlar Azərbaycandan olan həmyaşıdları ilə yaradıcılıq mübarizəsinə qoşulmaqla yanaşı, ustad dərslərində iştirak etmək imkanı qazanıblar.

Sonra qaliblər mükafatlandırılıb. Tədbir konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.