İQTİSADİYYAT
Rəşad Əzizov: Gələcəkdə “Hackaton” müsabiqəsi beynəlxalq səviyyədə keçiriləcək
Bakı, 28 avqust, Pərvanə Rəhimova, AZƏRTAC
Gələcəkdə “Hackaton” müsabiqəsi beynəlxalq səviyyədə keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Rəşad Əzizov “AZCLOUD Hackathon 2019” müsabiqəsinə həsr olunmuş mətbuat konfransında deyib.
R.Əzizov bildirib ki, gələcəkdə hackatonlar elektron hökumət, maliyyə texnologiyaları və digər istiqamətlərdə iştirakçılara məhsul təqdim etməyə imkan yaradacaq.
Nazirliyin nümayəndəsi qeyd edib ki, gələcəkdə bu müsabiqələrdə təqdim olunmuş məhsullar xaricə ixrac olunacaq. Bu savadlı və perspektivli azərbaycanlı gənclər üçün böyük şansdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]